Modern.az

Quşlar Azərbaycanı vaxtından əvvəl tərk edir

Quşlar Azərbaycanı vaxtından əvvəl tərk edir

İqtisadiyyat

8 Oktyabr 2013, 14:58

“Bu il havalar tez soyuduğu üçün quşların güclü və intensiv köçü başlayıb”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov deyib. O, qeyd edib ki, artıq çoxlu yırtıcı quşlar, nadir çöl belibağlısı adlı quşların köçü respublikanın şimal rayonlarında hiss edilir.
“Altıağac, Şirvan Milli Parkı, Beşbarmaq bu quşları qeydə almışıq. Havalar nə qədər soyuq olsa köç tez başladığı kimi tez də bitəcək və qışlama tez başlayacaq. Belə getsə noyabrın axırı üçün qışlama başlaya bilər”.

E. Sultanov hazırda vağların, qutanların, cüllütlərin köç etdiyini bildirib. “Qarabattaq, ördəklərin köçünə az da olsa rast gəlirik. Lakin su quşlarının köç vaxtı oktyabrın axırında daha intensiv müşahidə ediləcək. Hazırda yırtıcı quşların köçündə ən pik vaxtdır. Sərçəkimilərin isə köçü bitir”. E.Sulatnov qeyd edib ki, şimal bölgəsi köçəri quşların Azərbaycana daxil olması üçün giriş qapıdır.“Bütün quşlar şimal bölgədən girir və sonra Azərbaycan ərazisində yayılırlar. Bəziləri Xəzərboyu, digərləri isə Mərkəzi Aran rayonları, Ağgöl tərəfə uçur. İri quşlar, durnalar, qazlar, iri qartallar birbaşa Böyük Qafqazı aşaraq Zaqataladan keçərək Göygöl və Naxçıvandan keçərək cənuba gedir”.  

Aytən ƏLİYEVA
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!