Modern.az

Mübariz Əhmədoğlu: “Obama Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyirdi”

Mübariz Əhmədoğlu: “Obama Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyirdi”

Qarabağ

27 Aprel 2010, 14:56

Bu gün “Mübariz Əhmədoğlu ilə Qarabağ saatı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ  münaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edib.

 

M.Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, MDB dövlət başçılarının  mayın 8-də nəzərdə tutulan qeyri-formal görüşündə problemin həlli istiqamətində mühüm irəliləyişlər əldə oluna bilər: “MDB dövlət başçılarının nəzərdə tutulan görüşündə aşağıdakı 4 variantdan birinin reallaşması mümkündür. Birinci variant Türkiyənən ATƏT-in Minsk qrupunun həmsədirləri sırasına daxil olmasıdır. Ermənistanın bu variantla razılaşmaq ehtimalı çox aşağıdır. İkinci variantda Ermənistanın susması, bunun fonunda “Yenilənmiş Madrid Prinsipləri”nin qəbul edilməsi nəzərdə tutulur. Üçüncü ehtimal Ermənistanın sənədi olduğu kimi qəbul etməsidir. Dördüncü variantın məğzi isə odur ki, Ermənistan “Yenilənmiş Madrid Prinsipləri”ni qəbul etməyəcəyi təqdirdə, həmsədrlər sənədi BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarır və növbəti qətnamənin qəbul edilməsinə nail olurlar”.

 

SİTM sədri deyib ki, münaqişənin həlli istiqamətində səylər son vaxtlar xeyli güclənib: “Alternativ vasitəçilik missiyası inkişaf edir. Türkiyə, İran və Avropa Birliyi bu təşəbbüslə çıxış ediblər. Avropa Birliyi,  ümumiyyətlə, daha mürəkkəb problemi həll etməyə çalışır. Bu qurum Dağlıq Qarabağ erməniləri ilə azərbaycanlılar arasında  birbaşa dialoq təşkil etmək istəyir”.

 

M.Əhmədoğlunun sözlərinə görə, son dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri kifayət qədər ciddi sınaqdan keçdi: “Prezident Obamanın 2 il ərzində apardığı erməni yönümlü siyasətin əsas qayəsi Azərbaycan və Türkiyəni bir-birindən uzaqlaşdırmaq, Dağlıq Qarabağ məsələsini arxa plana keçirmək olub. Amma Azərbaycan rəhbərliyinin səyi nəticəsində iki ölkə arasındakı dostluğu zədələmək mümkün olmadı. Türkiyə-Azərbaycan arasında artıq ümumi qaydalar müəyyənləşib. Türkiyədəki ermənilər və bu ölkəyə getmək istəyən ermənilər mütləq Qarabağ testindən keçməlidirlər. Türkiyə hakimiyyəti Dağlıq Qarabağ münaqişəsində iştirak etmiş heç bir ermənini bu ölkənin ərazisinə buraxmamalıdır”.

 

Sonda  SİTM sədri qeyd edib ki, son vaxtlar bölgədə cərəyan edən proseslər ümumilikdə Cənubi Qafqaz regionunun arxitekturasını Rusiyanın və sabitliyin əleyhinə dəyişdirir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu