Modern.az

Şeyxülislamın divanı Azərbaycan dilinə çevriləcək

Şeyxülislamın divanı Azərbaycan dilinə çevriləcək

8 Oktyabr 2013, 17:28

Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutu XVI əsr Azərbaycan şairi Mirzə Saleh Təbrizinin divanının surətini əldə edib. Səfəvilər sarayının şairi olan Məhəmməd Saleh həmçinin Təbrizin şeyxülislamı olub. Onun 102 səhifədən ibarət olan farsca divanı Tehran Məclis Kitabxanasında saxlanılır. Divanın 65-79-cu  səhifələrində  Azərbaycan dilində 36 şeiri 149 beytdə toplanıb.

Modern.az sürəti əldə olunan divanla bağlı yeni fakt əldə edib. Belə ki, Məhəmməd Saleh Təbrizinin artıq bir neçə şeirləri dilimizə tərcümə edən şərqşünas alim, filologiya elmlər doktoru Sənan İbrahimov bu divanda olan şeirləri latın əlifbasına çevirəcəyini bildirib.  

"O, divan barədə çoxdan məlumatım var idi. İranda yaşayan həmyerlimiz Sadyar Vazifehlə əlaqə saxladım. O , Tehran Məclis Kitabxanasından divanla birbaşa təmasdadır. Ondan xahiş etmişəm ki, surətini mənə yollasın. Divanı tərcümə edib latın əlifbası ilə Azərbaycan dilində kitab halında buraxmaq istəyimiz var”.  

Elmin Nuri
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi