Modern.az

Şair və yazıçıların seçkidə iştirakı: kimi kənddə səs verdi, kimi evdən çölə çıxmadı

Şair və yazıçıların seçkidə iştirakı: kimi kənddə səs verdi, kimi evdən çölə çıxmadı

9 Oktyabr 2013, 19:01

Prezident seçkilərinə ədəbi icmanın nümayəndələri də biganə qalmayıb.

Modern.az-a açıqlamasında seçkilərə həmişə hamıdan sonra qatıldığını deyən şair Vaqif Bayatlı Odər öz yaxın dostu olan namizədə səs verib:
“Hər dəfə səsverməyə elə axşamüstü getmişəm. Səbayel rayonunda ən yaxın dostlarımdan birinə səs verdim. Onu siz də tanıyırsınız”. 

Şair Vahid Əziz də səsverməyə qatılıb: “Səhər tezdən gedib səsimi verdim. Bütün şairlər, yazıçılar seçkidə fəal iştirak etməlidir. Mən getdim və İlham Əliyevə səs verdim. Burda gizlətməli nə var ki?! Üç dəfə ona səs vermişəm və lazım gələrsə, dördüncü dəfə də ona səs verəcəyəm”. 

Rəssam-şair Adil Mirseyid isə seçkilərdə iştirak etmək istəsə də, səhhəti səbəbindən bunu bacarmayıb: “Evdən çıxmıram. Amma təbii ki, səs verərdim”. Qeyd edək ki, imzatoplama kampaniyası zamanı o, ailəsi ilə bərabər prezidentliyə namizəd Zahid Oruca səs verib.
 
Şair Musa Yaqub isə doğma İsmayıllının Buynuz kəndində seçkiyə gedib. “Kənddə seçkilərə qatıldım və bu seçimimi etdiyim namizədin adını açıqlamaq istəməzdim”.

Elmin Nuri

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir