Modern.az

Milli Məclis "Bahar" və "Qum-Dəniz" yataqlarının işlənməsi layihəsini təsdiqləyib

Milli Məclis "Bahar" və "Qum-Dəniz" yataqlarının işlənməsi layihəsini təsdiqləyib

27 Aprel 2010, 16:54

st1:*{behavior:url(#ieooui) }

Milli Məclis Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Bahar” və “Qum-Dəniz” yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü sazişi haqqında qanun layihəsini təsdiqləyib. Saziş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “Bahar Enerci Limited” və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında imzalanıb.

Saziş haqqında təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib. Onun sözlərinə görə, sazişdə podratçı qismində Birləşmiş Ərəb Əmirliklərinin azad iqtisadi zonasında qeydiyyata alınan “Bahar Enerci Limited” şirkəti və 100 faiz ARDNŞ-ə məxsus olacaq Ortaq Neft Şirkəti olacaq. “Bahar Enerci Limited” şirkəti tanınmış şirkət sayılmır.

Kontrakt 310 kvadrat kilometrə yaxın sahəni əhatə edir. “Qum Dəniz” yatağı Bakı şəhərindən 25 km cənub-şərqdə yerləşir. Burada dənizin dərinliyi 1-2 metrdən 15-14 metr invervalında dəyişir. Yataq 1955-ci ildən istismardadır. İndiyədək 29 milyon ton xam neft, 127 milyard kubmetrə yaxın qaz hasil edilib. 2009-cu ildən yataqdan 72,8 min ton neft, 69,1 milyon kubmetr qaz hasil olunub.

"Bahar-1" yatağı isə açıq dənizdə Bakıdan 40 km cənub-şərqdə yerləşib. Dənizin dərinliyi 4 metrdən 20 metrə qədər dəyişir. Yataq 1969-cu ildən işlədilir. İşlənən müddətdə yataqdan 16,8 milyon ton xam neft, 28,7 milyard kub metr qaz hasil edilib. 2009-cu ildə 7,6 min ton neft, 199 milyon kub metr qaz çıxarılıb.

Adıçəkilən yataqlarla yanaşı saziş çərçivəsində "Bahar-2" yatağı üzrə kəşfiyyat işləri də həyata keçiriləcək. Bu yatağa daha böyük ümidlər var. Müxtəlif proqnozlara görə "Bahar-2" yatağında qaz ehtiyatı 300-500 milyard kub metr qiymətləndirilir.

"Bahar Enerci Limited" şirkətinin iştirak payı 80 faizdir, ARDNŞ və onun törəmə şirkətinin payı 20 faizdir.

İlkin olaraq layihənin icrasına 1 milyard dollar xərclənəcəyi proqnozlaşdırılır. Amma bu məbləğ kəşfiyyat və hasilat işlərindən aslı olaraq investisiya məbləği dəyişəcək.

Bu vəsaiti bütünlüklə "Bahar Enerci Limited" şirkəti maliyyələşdirəcək. Mənfəət bölgüsündə isə əsas pay Azərbaycana çatacaq. İlk mərhələdə mənfəətin 40 faizi veriləcək. Xərclər ödəndikdən sonra isə Azərbaycana çatacaq mənfəət payı tədricən 52 faizdən 92 faizə yüksələcək. Bundan başqa Azərbaycan tərəfi müxtəlif məbləğlərdə bonuslar alacaq.

Mühəndis texniki işkilərin əvvəlcə 70 faizi, bir neçə ildən sonra isə 90 faizi Azərbaycan vətəndaşı olacaq. Fəhlə heyətinin 95 faizi Azərbaycan vətəndaşı olmalıdır.

  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi