Modern.az

Azərbaycan Tələbələr Birliyi tələbə mübadilələri həyata keçirəcək

Azərbaycan Tələbələr Birliyi tələbə mübadilələri həyata keçirəcək

28 Aprel 2010, 10:17

2010-cu ilin başlanğıcından etibarən İAESTE təşkilatına üzv olan Azərbaycan Tələbələr Birliyinin nümayəndəsi Rüstəmli beynəlxalq təşkilatın seminarında iştirak etmək üçün Almaniyada səfərdə olub.

Birlikdən Modern.az-a bildirblər ki, 4 günlük seminar ərzində universitet və şirkətlərlə görüşlər də keçirilib. Seminarın maraqlı tədbirlərindən biri də mədəniyyət gecəsi olub. 63 ildir ki, mədəniyyətlərarası dialoqa öz töhfələrini verən təşkilat tədbiri təşkil etməklə ölkələrə öz mədəniyyətlərini daha çox yaymağa imkan yaradır. 35-dən çox ölkənin nümayəndələrinin iştirak edəcəyi tədbirdə bütün iştirakçılara öz mədəniyyətlərini, musiqilərini, mətbəxini, geyimlərini nümayiş etdirmək üçün şərait yaradılıb. İAESTE təşkilatı 1948-ci ildə İngiltərədə yaradılıb. Əsas məqsədi tələbələr ixtisaslarına uyğun olaraq beynəlxalq təcrübə ilə təmin etməkdir. 63 ildə 330000 tələbə mübadiləsinə nail olan təşkilatın hazırda üzvü olan 86 ölkə var. ATB 2010-cu ildə 63-cü İllik Konfransda Azərbaycandan nümayəndə təşkilat olaraq seçilib. Artıq cari ilin yayından başlayaraq ilk tələbə mübadilələri həyata keçiriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir