Modern.az

Azərbaycanda 4250 Böyük Vətən Müharibəsi veteranı qalıb

Azərbaycanda 4250 Böyük Vətən Müharibəsi veteranı qalıb

28 Aprel 2010, 11:07

Modern.az-ın məlumatına görə, Dövlət Sosial Müdafə Fondunun sədri Səlim Müslümov bu həftənin sonunadək 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcəyi barədə jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, bazar ertəsi Maliyyə Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun hesabına 8 milyondan artıq pul keçirib: “Artıq 50 rayonda maddi yardım veriləcək şəxslərin siyahısı tərtib olunub. Bu günün sonuna qədər digər rayonlardakı müharibə iştirakçılarının da siyahısı tam tərtib olunacaq və həftənin sonuna qədər müharibə iştirakçıları onlara ayrılmış pulları ala biləcəklər”. S.Müslümov deyib ki, hazırda Azərbaycanda 4250 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı var. Xatırladaq ki, Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə sərəncam imzalayıb. Sənəddə qeyd edilir ki, Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım edilsin.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir