Modern.az

İnsan alverinə qarşı mübarizə həftəsi başlayır

İnsan alverinə qarşı mübarizə həftəsi başlayır

28 Aprel 2010, 13:48

st1:*{behavior:url(#ieooui) }

Mayın 1-dən etibarən Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi elan olunub. Bu haqda ATƏT-in Bakı Ofisi tərəfindən təşkil edilən tədbirdə məlumat açıqlanıb. Ofisin rəhbəri Əli Bilge Cankorel deyib ki, hazırda dünyada bir çox dövlətlər insan alveri ilə bağlı problemlə üzləşib: “Amma problem bitmir. Deməli, beynəlxalq sənədlər imzalamaqla kifayətlənmək olmaz, daha çox çalışmaq lazımdır”. Səfir bu sahədə Azərbaycan hökumətini gördüyü işləri alqışladığını deyib.

 

Mübarizə həfəsi barədə məlumat verən Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri  Əlövsət Əliyev bildirib ki, həftə ərzində Azərbaycanın bir neçə şəhərində kütləvi aksiyalar, könüllü gəzintilər təşkil ediləcək. 1-3 may tarixlərində Bakının bir sıra mərkəzi yerlərində - Milli Park, Dəniz Limanı,  Avtovağzalda gəzintilər zamanı insanlara maarifləndirici bukletlər təqdim olunacaq. Həmçinin, üzərində insan alveri qurbanları üçün yaradılan qaynar xəttin nömrəsi - “152” rəqəmi yazılmış şarlar  paylanılacaq. Anoloji tədbirlər Sumqayıtda və Şirvanda da həyata keçiriləcək. İnsan Alverinə qarşı QHT Şəbəkəsinin üzvləri Bakıdan rayonlara gedən avtobusların sərnişinlərinə də belə bukletlər paylayacaqlar. Həftə çərçivəsində keçirilən tədbirlərdə əsasən “152” qaynar xəttinin populyarlaşdırılması istiqamətində işlər görüləcək. Hətta Bakı və Sumqayıtda kütləvi gəzinti yerlərində insanlara qızılgül paylanması da nəzərdə tutulub.

 

İnsan alverinə qarşı mübarizə həftəsi mayın 6-da “Hyatt” Otelində keçirilən tədbirlə başa çatacaq. Həmin gün həm də insan alveri mövzusundakı jurnalist yazı müsabiqəsinin nəticələri də elan ediləcək.

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi