Arxiv
24 Sentyabr 2009, 19:25 | MƏDƏNİYYƏT
Çexiyalı qonaqlar Ədəbiyyat muzeyində olublar

Çexiya Parlamenti Senatı sədrinin xanımı Radmila Sobotka sentyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində olub.
Muzeylə yaxından tanışlıq zamanı qonaqlara bildirilib ki, 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilmiş bina 1915-ci ildə ikinci mərtəbə artırılaraq mehmanxana kimi fəaliyyət göstərib. 1918-1920-ci illərdə burada Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti, 1920-1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqı yerləşib. 1939-cu ilin noyabrında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə respublika Nazirlər Kabinetinin qərarı ilə Nizami Muzeyi yaradılıb. Muzeyin həmin binada yerləşdirilməsi məqsədi ilə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsinə əsasən burada yenidənqurma işləri aparılmış, fasadda heykəllər qoyulmuş, daha iki mərtəbə əlavə edilib.
Muzeyin ekspozisiyasında 25 mindən çox eksponat var. Bütün ekspozisiya salonları kompyuterləşdirilib, tamaşaçıların müstəqil işləmələri üçün monitorlar quraşdırılıb, Azərbaycan, ingilis və rus dillərində informasiya bazası yaradılıb, audio-video materialları seyr etmək üçün 14 monitor və dinləmə qurğuları olan xüsusi böyük salon təşkil edilib.
Radmila Sobotka Yaxın və Orta Şərqdə, eləcə də Avropada yeganə ədəbiyyat muzeyi olan bu mədəniyyət ocağının böyük konfrans salonunu, “Qədim dövr”, “Dədə Qorqud”, “Nizami Gəncəvi”, “Məhsəti Gəncəvi”, “Xaqani Şirvani”, “İmadəddin Nəsimi”, “Məhəmməd Füzuli”, “Şah İsmayıl Xətai” salonlarını gəzib.
Qonaq üçüncü mərtəbədə nümayiş olunan maraqlı eksponatlar arasında Pənah xana məxsus, üzərində “Qurani-Kərim” ayələri yazılmış “gülləbatmaz” köynək, Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, Abdulla Şaiqin, Mir Cəlal Paşayevin, Nigar Rəfibəylinin və başqalarının şəxsi əşyaları, şəkilləri, habelə ötən əsrin 30-cu illərində repressiya qurbanı olmuş şair və yazıçıların sənədlərinin surətləri ilə tanış olub.
Sonda Muzeyin direktoru Rafael Hüseynov Çexiya Parlamenti Senatı sədrinin xanımı Radmila Sobotkaya muzeyin təşəbbüsü ilə çap olunmuş kitablar və bukletlər təqdim edib.
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dəyirmi masa - “Heydər Əliyev və Azərbaycan məfkurəsi” 19 Aprel 2019, 12:18 Qəbələdə güzəştli gübrə satıldı 19 Aprel 2019, 12:15  “Real” transferlərə rekord pul xərcləməyə hazırdır 19 Aprel 2019, 12:10 Quardiola Messisiz bacarmır 19 Aprel 2019, 12:07 Obyektlərin elektrik şəbəkəyə qoşulması asanlaşacaq 19 Aprel 2019, 12:05 Məşhur vokalçı Amil Həsənoğluna direktor vəzifəsi verildi 19 Aprel 2019, 12:05 Avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyuldu 19 Aprel 2019, 12:00 “Azərbaycanda hər il azı 20 min abort etdirilir” 19 Aprel 2019, 11:51 BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı 19 Aprel 2019, 11:45 Alış-veriş edən vətəndaş ƏDV-ni nə vaxtdan geri ala biləcək? - AÇIQLAMA 19 Aprel 2019, 11:28 Diplomatlar Şamaxıya getdilər 19 Aprel 2019, 11:28 Rəsmi Bakı Ermənistana çağırış etdi 19 Aprel 2019, 11:25 Milli parklarda “açıq qapı” günü keçiriləcək   19 Aprel 2019, 11:14 Azərbaycanlı çinşünas alimin rəyi Çin mətbuatında dərc olunub   19 Aprel 2019, 11:10 AZƏRTAC-ın sədrliyi keçirilən iclaş başladı 19 Aprel 2019, 11:10 Deputat  kənd sakinlərininin şikayətlərini dinllədi 19 Aprel 2019, 11:10 “Bölgələrdən Bölgələrə” maraqla qarşılanır 19 Aprel 2019, 11:05 Azərbaycanda axtarışda olan 18 nəfər saxlanılıb 19 Aprel 2019, 10:43 Yol Polisi “Təmiz hava” aylığına başladı 19 Aprel 2019, 10:37 Şuşanın ən son FOTOSU 19 Aprel 2019, 10:35