Modern.az

Şair Musa Yaqubla FOTOSÖHBƏT

Şair Musa Yaqubla FOTOSÖHBƏT

21 Oktyabr 2013, 10:18

Modern.az saytı şair Musa Yaqubla FOTOSÖHBƏT layihəsini təqdim edir.

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində doğulub.
Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim
(1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967)
vəzifələrində çalışıb. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb, elə həmin
illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri vəzifəsinə təyinat alıb. Bakıya
 köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda
direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb.
İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru işləyib.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" jurnalında çap olunan "İki qəlb, iki dünya"
poeması ilə başlayıb. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda
Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib.
Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları
Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri işləyib.
İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına
mükafata layiq görülüb.

1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1995-2000 ildə
Milli Məclisin deputatı olub.

İki qız və bir oğul atası olan Musa Yaqubun 6 nəvəsi var.

 

 

  1949-50-ci illər. Qonşumlarımızla birgə şəkil çəkdiririk.
O vaxt şəkil çəkdirmək asan başa gəlmədiyi üçün uşaqlıq şəkillərim azdır.

 

Topçukənd məktəbində oxuduğum illər... Mənim o vaxtlar velosipedim də varmış....

 

Həyat yoldaşımın evlənməmişdən öncə mənə verdiyi şəkil... O vaxt qızları şəkildə görüb bəyənirdik...


1954-cü ildə İsmayıllıda Buynuz kəndində olan zaman çəkilib. Yaxın dostlarımdan biri ilə... 


1955-ci il. Ən köhnə şəkillərdən biridir. Buynuzda kəndçilərimizlə..

 

Səlim Sultan yaylağında yazıçı Cəlal Bərgüşadla at çapırıq...


 1959-cu il. Tibb alimi Rəhim Həsənovla görüş zamanı...

 

1965-ci il İsmayıllı...  Şəkildəkilər anam, qardaşım və yaxın qonşumuzdu...

 

1965-ci il. Anam, həyat yoldaşım və bacımla...

 

 1967-ci il. “Ulduz” jurnalı üçün şəkil lazım idi. Mən də belə bir şəkil çəkdirdim.

 

1970-ci il səfalı yerlərimizdən olan Şuşada istirahət zamanı çəkilib. Vaqifin xatirəsinə hörmət olaraq
onun abidəsi önündə şəkil çəkdirdik...

 

1972-ci il. İsmayıllıda redaksiyanın həyətində olan zaman çəkilib.

 

1975-ci il. Süleyman Rəhimovun anadan olmasını qeyd edirdik.... Əzizə Cəfərzadə və Süleyman Rəhimovla.. 

 

1976-77-ci illər.. Türkiyədə universitet tələbələri ilə görüşdə olarkən...  Zəlimxan Yaqub, Mikayıl Mirzə və Mən.

 

1978-ci ildə İsmayıllıda çəkilib. O vaxtlar belə papaqlar dəbdə idi...

 

1979-cu il. İsmayıllıda çıxan “Zəhmətkeş” qəzetinin redaksiyasında İtaliyanın milli qəhrəmanı ilə..

 

1980-ci illər. Birinci katib Qəşəm Aslanovun dəvəti ilə İsmayıllıya məşhur rus şairi Rima Kazakova gəlmişdi.
İsmayıllıda redaksiyanın həyətində...
 

 

1980-ci illər. Şəkildəkilər Kamran Məmmədov, təyyarədə yanan eks-prokuror İsmət Qayıbov, Qəşəm Aslan və rayon fəalları ilə...

 

1981-ci il. İsmayıllının aktivləri ilə tədbirdən sonra çəkilib.

 

1981-ci il. Kislavodskada istirahətdəyik. Həyat yoldaşım Zöhrə və oğlum Şəhriyarla... 

 

İstirahət zamanı bu cür maraqlı anlar da olurdu...

 

1983-84-cü illər. Türklər Azərbaycana dəvət olunmuşdu və biz onları İsmayıllıya qonaq aparmışdıq.
Topçu meşəsində Ömər Faiq Göknurla...

 

Oğlum Şəhriyar, qızlarım Yaqut və Səhər. 1984-cü ildə İsmayıllıda istirahət zamanı...


1984-cü il. Neftayırma zavodunda zavod zəhmətkeşləri ilə görüş...
Şəkildəkilər Cabir Novruz, Hökumə Billuri, Qabil İmamverdiyev və Tofiq Bayram.

 

1985-ci il İsmayıllıda olan zaman çəkilib. Fərman Kərimzadə və Nüsrət Kəsəmənli bizə qonaq gəlmişdilər.

 

Türkiyədən bura dəvət olunmuş sənətçi Osmanla... 1985- ci illər.

 

Bizim həyat yollarımız tez ayırıldı...

 

1990-cı ildə İsmayıllıda olan zaman çəkilib. Həyat yoldaşım, qızım Yaqutla...


1993-cü il. Yoldaşım Zöhrə, gəlinim Gülər, oğlum Şəhriyar və nəvəmlə İsmayıllıda...

 

 İsmayıllıda- gəlinim Gülər, nəvəm Ayxanla.. Ta 20 il bundan öncə.. Zaman necədə  keçir....

 

Qızım Yaqut və nəvəm Səməd...  

 

Anamla hər zaman fəxr etmişəm....

 

Türkiyədə tələbələrlə görüşdə olarkən. Abbas Abdulla o zamanlar İstanbulda konsul idi. Zəlimxan Yaqub və Mikayıl Mirzə ilə..

 

 Macarıstana turizm səfərinə getdiyim zaman. Dunay çayının sahilində...

 

  Macarıstanın abidə qəbirstanlığında.. Azərbaycandan da orda dəfn olunanlar var idi.. 

 

Bilal Mahmudovla şəhidlərimizin abidəsi önünə əklil aparırıq.

 

Rayonun iş fəaliyyətinin yaxşı olduğu ərəfədə çəkilən şəkildi. İsmət Qayıbov və rayon fəalları ilə..

 

50 illiyim münasibətilə rayon fəalları Basqal kəlayağası üzərinə bunu yazdıraraq məni təbrik etdilər..


  Cabir Novruzla Şəhriyarın məzarını ziyarət edirik.. 

 

Kıbrısda tədbirdən sonra çəkdirdiyimiz maraqlı xatirə şəkli... Zeynəb Xanlarova, həyat yoldaşım və bir tanışımızla...


 Mikayıl Mirzə ilə Milli Məclisdə hansısa maraqlı qanun layihəsinin müzakirəsinə qulaq asırıq...

 

Çanaqqalada Məmməd İsmayılla iş otağında maraqlı söhbət zamanı.

 

 Mili Məclisdə 60 illiyimi təbrik edirlər... Murtuz Ələsgərov və Yaşar Əliyev.. 

 

Sabir Rüstəmxanlı ilə söhbət çox maraqlı və yaddaqalan idi...

 

Qonaqlı-qaralı günlərdən biri... 

 

 Evimiz meşəyə gedən yolun üstündə yerləşirdi. Birlikdə payızın çox maraqlı bir görüntüsünü seyr edirik...

 

İsmayıllı meşəsində çəkilib. Həyat yoldaşım və nəvəm Ayxan..

 

Nəvəm Ayxan və oğlum Şəhriyarla...

 

Avstriyada yaşayan nəvəm Nərgiz...

 

Nəvəm Rüfətlə... O mənim əziyyətimi daha çox çəkir...

 

Akademik Hətəm Quliyev, Midhət Abbasov, şairimiz Vaqif Bəhmənli və ayaq üstə dayanan Zakir Fəxri ilə toy məclisindəyik.

 

 Eldəniz Quliyev və Zakir Fəxri ilə dostlarımızdan birinin ad günündə.

 

Dəyərli söz ustası, şair Zəlimxan Yaqubun ad günündə.

 

2011-ci il. Şamaxıda Sabirin bədii qiraət müsabiqəsi zamanı çəkilib.

 

Bədii qiraət ustaları Ağalar Bayramov, Azad Şükürov, professor Nadir Abdullayev, Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Rəqsanə xanımla M.Ə. Sabir müsabiqəsində...

 

2012-ci il. Bu şəklimi Vüqar Tofiqli çəkib. Özünün də dediyinə görə, şəkil çox uğurlu alınıb.

Pərvin ARZUQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi