18 iyul 2018, Çərşənbə axşamı
Ana Səhifə - FOTOSÖHBƏT - Şair Musa Yaqubla FOTOSÖHBƏT
Şair Musa Yaqubla FOTOSÖHBƏT
21.10.2013, 10:18

Modern.az saytı şair Musa Yaqubla FOTOSÖHBƏT layihəsini təqdim edir.

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində doğulub.
Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim
(1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967)
vəzifələrində çalışıb. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb, elə həmin
illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri vəzifəsinə təyinat alıb. Bakıya
 köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda
direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb.
İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru işləyib.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" jurnalında çap olunan "İki qəlb, iki dünya"
poeması ilə başlayıb. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda
Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib.
Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları
Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri işləyib.
İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına
mükafata layiq görülüb.

1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1995-2000 ildə
Milli Məclisin deputatı olub.

İki qız və bir oğul atası olan Musa Yaqubun 6 nəvəsi var.

 

 

  1949-50-ci illər. Qonşumlarımızla birgə şəkil çəkdiririk.
O vaxt şəkil çəkdirmək asan başa gəlmədiyi üçün uşaqlıq şəkillərim azdır.

 

Topçukənd məktəbində oxuduğum illər... Mənim o vaxtlar velosipedim də varmış....

 

Həyat yoldaşımın evlənməmişdən öncə mənə verdiyi şəkil... O vaxt qızları şəkildə görüb bəyənirdik...


1954-cü ildə İsmayıllıda Buynuz kəndində olan zaman çəkilib. Yaxın dostlarımdan biri ilə... 


1955-ci il. Ən köhnə şəkillərdən biridir. Buynuzda kəndçilərimizlə..

 

Səlim Sultan yaylağında yazıçı Cəlal Bərgüşadla at çapırıq...


 1959-cu il. Tibb alimi Rəhim Həsənovla görüş zamanı...

 

1965-ci il İsmayıllı...  Şəkildəkilər anam, qardaşım və yaxın qonşumuzdu...

 

1965-ci il. Anam, həyat yoldaşım və bacımla...

 

 1967-ci il. “Ulduz” jurnalı üçün şəkil lazım idi. Mən də belə bir şəkil çəkdirdim.

 

1970-ci il səfalı yerlərimizdən olan Şuşada istirahət zamanı çəkilib. Vaqifin xatirəsinə hörmət olaraq
onun abidəsi önündə şəkil çəkdirdik...

 

1972-ci il. İsmayıllıda redaksiyanın həyətində olan zaman çəkilib.

 

1975-ci il. Süleyman Rəhimovun anadan olmasını qeyd edirdik.... Əzizə Cəfərzadə və Süleyman Rəhimovla.. 

 

1976-77-ci illər.. Türkiyədə universitet tələbələri ilə görüşdə olarkən...  Zəlimxan Yaqub, Mikayıl Mirzə və Mən.

 

1978-ci ildə İsmayıllıda çəkilib. O vaxtlar belə papaqlar dəbdə idi...

 

1979-cu il. İsmayıllıda çıxan “Zəhmətkeş” qəzetinin redaksiyasında İtaliyanın milli qəhrəmanı ilə..

 

1980-ci illər. Birinci katib Qəşəm Aslanovun dəvəti ilə İsmayıllıya məşhur rus şairi Rima Kazakova gəlmişdi.
İsmayıllıda redaksiyanın həyətində...
 

 

1980-ci illər. Şəkildəkilər Kamran Məmmədov, təyyarədə yanan eks-prokuror İsmət Qayıbov, Qəşəm Aslan və rayon fəalları ilə...

 

1981-ci il. İsmayıllının aktivləri ilə tədbirdən sonra çəkilib.

 

1981-ci il. Kislavodskada istirahətdəyik. Həyat yoldaşım Zöhrə və oğlum Şəhriyarla... 

 

İstirahət zamanı bu cür maraqlı anlar da olurdu...

 

1983-84-cü illər. Türklər Azərbaycana dəvət olunmuşdu və biz onları İsmayıllıya qonaq aparmışdıq.
Topçu meşəsində Ömər Faiq Göknurla...

 

Oğlum Şəhriyar, qızlarım Yaqut və Səhər. 1984-cü ildə İsmayıllıda istirahət zamanı...


1984-cü il. Neftayırma zavodunda zavod zəhmətkeşləri ilə görüş...
Şəkildəkilər Cabir Novruz, Hökumə Billuri, Qabil İmamverdiyev və Tofiq Bayram.

 

1985-ci il İsmayıllıda olan zaman çəkilib. Fərman Kərimzadə və Nüsrət Kəsəmənli bizə qonaq gəlmişdilər.

 

Türkiyədən bura dəvət olunmuş sənətçi Osmanla... 1985- ci illər.

 

Bizim həyat yollarımız tez ayırıldı...

 

1990-cı ildə İsmayıllıda olan zaman çəkilib. Həyat yoldaşım, qızım Yaqutla...


1993-cü il. Yoldaşım Zöhrə, gəlinim Gülər, oğlum Şəhriyar və nəvəmlə İsmayıllıda...

 

 İsmayıllıda- gəlinim Gülər, nəvəm Ayxanla.. Ta 20 il bundan öncə.. Zaman necədə  keçir....

 

Qızım Yaqut və nəvəm Səməd...  

 

Anamla hər zaman fəxr etmişəm....

 

Türkiyədə tələbələrlə görüşdə olarkən. Abbas Abdulla o zamanlar İstanbulda konsul idi. Zəlimxan Yaqub və Mikayıl Mirzə ilə..

 

 Macarıstana turizm səfərinə getdiyim zaman. Dunay çayının sahilində...

 

  Macarıstanın abidə qəbirstanlığında.. Azərbaycandan da orda dəfn olunanlar var idi.. 

 

Bilal Mahmudovla şəhidlərimizin abidəsi önünə əklil aparırıq.

 

Rayonun iş fəaliyyətinin yaxşı olduğu ərəfədə çəkilən şəkildi. İsmət Qayıbov və rayon fəalları ilə..

 

50 illiyim münasibətilə rayon fəalları Basqal kəlayağası üzərinə bunu yazdıraraq məni təbrik etdilər..


  Cabir Novruzla Şəhriyarın məzarını ziyarət edirik.. 

 

Kıbrısda tədbirdən sonra çəkdirdiyimiz maraqlı xatirə şəkli... Zeynəb Xanlarova, həyat yoldaşım və bir tanışımızla...


 Mikayıl Mirzə ilə Milli Məclisdə hansısa maraqlı qanun layihəsinin müzakirəsinə qulaq asırıq...

 

Çanaqqalada Məmməd İsmayılla iş otağında maraqlı söhbət zamanı.

 

 Mili Məclisdə 60 illiyimi təbrik edirlər... Murtuz Ələsgərov və Yaşar Əliyev.. 

 

Sabir Rüstəmxanlı ilə söhbət çox maraqlı və yaddaqalan idi...

 

Qonaqlı-qaralı günlərdən biri... 

 

 Evimiz meşəyə gedən yolun üstündə yerləşirdi. Birlikdə payızın çox maraqlı bir görüntüsünü seyr edirik...

 

İsmayıllı meşəsində çəkilib. Həyat yoldaşım və nəvəm Ayxan..

 

Nəvəm Ayxan və oğlum Şəhriyarla...

 

Avstriyada yaşayan nəvəm Nərgiz...

 

Nəvəm Rüfətlə... O mənim əziyyətimi daha çox çəkir...

 

Akademik Hətəm Quliyev, Midhət Abbasov, şairimiz Vaqif Bəhmənli və ayaq üstə dayanan Zakir Fəxri ilə toy məclisindəyik.

 

 Eldəniz Quliyev və Zakir Fəxri ilə dostlarımızdan birinin ad günündə.

 

Dəyərli söz ustası, şair Zəlimxan Yaqubun ad günündə.

 

2011-ci il. Şamaxıda Sabirin bədii qiraət müsabiqəsi zamanı çəkilib.

 

Bədii qiraət ustaları Ağalar Bayramov, Azad Şükürov, professor Nadir Abdullayev, Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Rəqsanə xanımla M.Ə. Sabir müsabiqəsində...

 

2012-ci il. Bu şəklimi Vüqar Tofiqli çəkib. Özünün də dediyinə görə, şəkil çox uğurlu alınıb.

Pərvin ARZUQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Rəmzi
22.10.2013, 03:59

Musa Yaqub Azərbaycan dilinin gözəlliklərini oxucuya sevdirən şairdir. Allah canını sağ eləsin. Bakı,21.10.2013. s.20:o4.

Qurban Bayramov
22.10.2013, 23:22

Üzr istəyirəm, mətnədüzəlişi unuttdum! Musa Yaqubun 1957-ci ildə "İki qəlb, iki dünya" poeması "Azərbaycan" jurnalında deyil, Xalq şairi Məmməd Rahimin uğur diləyi yazdığı məktubla "Azərbaycan gəncləri" qəzetində dərc edilib və o dövrdə böyük rezonas doğurub! Bəs nə bilmişdin, mərkəzi mətbuatda gənc şair ilk dəfə poema ilə çıxışedir...

Qurban Bayramov
22.10.2013, 23:40

Foto müsahibə uğurlu alınıb. Hər şəkil ömrün bir anının donmuş xatirəsidir. Qonşum Musa Yaqub dəyərli şair olduğu kimi, dəyərli də insandır! Həmişə deyir ki, uşaqlığım zülümnən keçib, amma velsopedi də varımış! Kəndində, evində-eşiyində olmuşuq, çox süfrəli xanımı vardı, Allah rəhmət eləsin. Sonuncu şəkil daha xoşuma gəldı. Bu qayanı görmüşəm, Musanın Buynuzdakı evindən yuxarı, meşənin yaxasındadı.Musa məşhur şeirində deyir ki, "Bu dünyanın daşı göyərməz!" Mən də ona zarafatla demişdim ki, Musa, bu kişilik ki, səndə var, bu daşı (şəkildəki söykəndiyi daşı deyirəm) sığallaya-sığallaya göyərdəcəksən! Bu adda onun yaradıcılığına həsr etdiyim məqaləm də var : "Bu dünyanın daşını göyərdən Musa Yaqub!" Allah ilhamını ötgün, ömrünü uzun eləsin! Qurban Bayramov, ədəbiyyatşünas-tənqidçi, doktor-professor. 22.10. 2013. Ps.: "Modern.Az" -ın kollektivinə və Pərvin qızımıza da təşəkkürlər...

Rəmzi
23.10.2013, 06:21

Qurban müəllim, düzəlişə görə sağ olun. Mən də adı çəkilən poemanın-- "İki qəlb, iki dünya" nın birdən -birə "Azərbaycan " kimi qalın jurnalda çap edildiyinə inanmırdım. Musa Yaqubu yenidən salamlayıram. 22.10.2013.

TOFİQ HÜSEYN
27.10.2013, 18:52

TORPAĞI DUYMAZSAN SƏN MƏNİM KİMİ BAŞQADIR RUHUMUZ DANIŞMA HƏDƏR. İSTİ OTAQLARDA SƏMƏNİ KİMİ MƏNİ NƏLBƏKİDƏ GÖYƏRTMƏYİBLƏR....

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ-da silahlı insident
18.07.2018, 01:03

ABŞ-da silahlı insident

Yarım milyon qızılgüldən piramida ucaldıldı
18.07.2018, 00:49

Yarım milyon qızılgüldən piramida ucaldıldı

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video
18.07.2018, 00:36

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu
18.07.2018, 00:20

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu
18.07.2018, 00:04

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir
17.07.2018, 23:48

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir

İran nüvə proqramını davam etdirəcək, əgər ...
17.07.2018, 23:26

İran nüvə proqramını davam etdirəcək, əgər ...

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.07.2018, 23:12

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Bakıda zəncirvari qəza - VİDEO
17.07.2018, 22:56

Bakıda zəncirvari qəza - VİDEO

Dənizdə batan 2 nəfər xilas edilib
17.07.2018, 22:41

Dənizdə batan 2 nəfər xilas edilib

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR
17.07.2018, 22:23

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR

Ukrayna dairəsində təmir başa çatır
17.07.2018, 22:11

Ukrayna dairəsində təmir başa çatır

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi
17.07.2018, 21:54

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi

BMT: Bir milyarddan çox insan risk altındadır
17.07.2018, 21:40

BMT: Bir milyarddan çox insan risk altındadır

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib
17.07.2018, 21:26

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü
17.07.2018, 21:26

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü

105 dövlət əmlakı özəlləşdirilir
17.07.2018, 21:19

105 dövlət əmlakı özəlləşdirilir

Qırğızıstanı 4,7 ballıq zəlzələ silkələdi
17.07.2018, 21:04

Qırğızıstanı 4,7 ballıq zəlzələ silkələdi

Pakistanlı turistlər Qəbələdə qəzaya düşdülər
17.07.2018, 20:55

Pakistanlı turistlər Qəbələdə qəzaya düşdülər

İŞİD-çilər kütləvi şəkildə  güllələndi
17.07.2018, 20:41

İŞİD-çilər kütləvi şəkildə  güllələndi

Sabah Bakınınbu rayonunda qaz olmayacaq
17.07.2018, 20:28

Sabah Bakınınbu rayonunda qaz olmayacaq

“Öz oyunumu həll etməmiş rəqib haqqında düşünmürəm” - Qurban Qurbanov
17.07.2018, 20:14

“Öz oyunumu həll etməmiş rəqib haqqında düşünmürəm” - Qurban Qurbanov

Bu il Azərbaycanda 6 min yeni ev tikilib
17.07.2018, 20:01

Bu il Azərbaycanda 6 min yeni ev tikilib

Sumqayıtda yanğın olub
17.07.2018, 19:29

Sumqayıtda yanğın olub

Azərbaycan və Hindistan Hökumətlərarası Komissiyasının tərkibi dəyişdirilib
17.07.2018, 19:21

Azərbaycan və Hindistan Hökumətlərarası Komissiyasının tərkibi dəyişdirilib

Oğuzda avtomobil çaya düşdü
17.07.2018, 18:59

Oğuzda avtomobil çaya düşdü

Rüsum ödəmədən alkoqollu içki və siqaret gətirənlərin NƏZƏRİNƏ: Miqdarı AZALDILDI
17.07.2018, 18:55

Rüsum ödəmədən alkoqollu içki və siqaret gətirənlərin NƏZƏRİNƏ: Miqdarı AZALDILDI

İlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb
17.07.2018, 18:47

İlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb

Prezidentdən Azərbaycan dilinin elektron məkanda geniş istifadəsi ilə bağlı SƏRƏNCAM
17.07.2018, 18:40

Prezidentdən Azərbaycan dilinin elektron məkanda geniş istifadəsi ilə bağlı SƏRƏNCAM

Dənizdə batan iki gəncin meyiti tapıldı - YENİLƏNİB
17.07.2018, 18:32

Dənizdə batan iki gəncin meyiti tapıldı - YENİLƏNİB

Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrılıb
17.07.2018, 18:29

Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrılıb

Prezident “Yanar dağ”a görə 1,2 milyon manat ayırdı
17.07.2018, 18:20

Prezident “Yanar dağ”a görə 1,2 milyon manat ayırdı

Rezidenturaya qəbul yerləri artırılacaq - Nazirlər Kabinetinə müraciət edildi
17.07.2018, 17:52

Rezidenturaya qəbul yerləri artırılacaq - Nazirlər Kabinetinə müraciət edildi

Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib
17.07.2018, 17:40

Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
17.07.2018, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

ARXİV