Modern.az

Azərbaycanda internet provayderləri müştəriləri aldadır

Azərbaycanda internet provayderləri müştəriləri aldadır

28 Aprel 2010, 16:26

Aprelin 28-də Azərbaycan Media Mərkzində Azərbaycanda internetin indiki vəziyyəti ilə bağlı mətbuat konfransı keçrilib. Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, son iki il ərzində internetin qiyməti 7-8 dəfə aşağı düşüb. “Formal qiymətlərlə problemimiz yoxdur. Amma məsələyə başqa konteksdən yanaşdıqda problem üzə çıxır, bunlar əsasən keyfiyyətlə bağlı olan hallardır. Tam surət yaratmaq üçun telekommunikasiyalar yenilənməlidir”. Tədbirdə çıxış edən “Parketinq.com” saytının rəhbəri İlqar Mirzə bildirib ki, onlar internetin keyfiyyəti ilə bağlı real vəziyyəti qiymətləndirmək məqsədilə aprel ayında ADSL istifadəçiləri arasında sorğu keçiriblər. Online olaraq keçirilən sorğuda iştirak edən 400-dən çox ADSL istifadəçiləri Bakı şəhəri üzrə 82%, Sumqayıtda 7%, Xırdalanda 3%, digər regionlarda 7 % olub. İnternet iştirakçılarının çoxu, yəni 20%-i Bakinternet müştəriləridir. Sorğuda iştirak edən internet istifadəçiləri arasında 17%-i Connet, 16 %-i Uninet-Stream, 14 %-i Azeronline, 8 %-i Ultel, 7 %-i isə Aztelekom olub. İntenetin keyfiyyət baxımından sorğulara ADSL istifadəçilərinin 34,7 %-i tam narazı olduqlarını bildirib. Müştərilərin 20,8 %-i xidmətdən qismən razı olduqlarını, 44,5 %-i isə istifadə etdikləri servisdə dəfələrlə problemlərlə üzləşdiklərini vurğulayıb. Sorğuya əsasən xidmətindən ən çox narazılıq Bakinternet provayderi istifadəçiləri arasındadır.

Ən pis vəziyyət Azteıekomda müşahidə olunub- sorğunun nəticələrinə görə, bu provayderdən razı abonentlərin faizi 0-a bərabərdir. Razı abonentlərin sayı isə Superonline və Azeronline müştəriləri arasında nisbətən daha çoxdur. Sorğuda iştirak edənlərin 57 %-i müqavilədə nəzərdə tutulan İnternet sürətini almadığını, 51 %-i qoşulmanın tez-tez qırıldığını, 36%-i qiymətin bahalılığını, 31%-i isə müştəri xidmətlərinin və texniki dəstəyin aşağı səviyyədə olduğunu bildirib. Bütün provayderlərdə qırılmadan şikayət yüksək olsa da, ən yüksək faiz Bakinternet, Connet, Ultel və Dataplyus provayderlərində müşahidə olunub. Razılaşdırılmış sürəti almadığından isə ən çox Aztelekom (70%), Uninet-Stream (62%), Azeronline (62%) və Bakinternet (61%) abonentləri şikayət edirlər. 

Sorğunun nəticələrinə əsasən müştəri xidmətlərinin ən aşağı səviyyəsi Bakinternet (46% narazı), Ultel, Aztelekom və Dataplus-dadır. Nisbətən yaxşı müştəri xidmətləri isə Azeronline və Superonline-da müşahidə olunub. Mail Ağaxanov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir