Modern.az

Jirinovskidən Azərbaycan diasporuna çağırış: “Antirus bəyanatlara münasibət bildirin”

Jirinovskidən Azərbaycan diasporuna çağırış: “Antirus bəyanatlara münasibət bildirin”

18 Oktyabr 2013, 14:42


Modern.az
xəbər rusdilli mətbuata istinadən xəbər verir ki, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiyadakı milli icmaları internet resurslarında öz həmyerlilərinin milli zəmində düşmənçiliyi yayan çıxışları əleyhinə çıxmağa dəvət edib.

“Rusiyadakı milli diasporlar bu antirus bəyanatlara niyə münasibət bildirmirlər? Ayrı-ayrı yerlərdə artıq partlayışlar var. Birlikdə bu partlayışlar qanlı üsyana çevriləcək. Bunun qarşısını almaq üçün bu gün tədbirlər görmək lazımdır. Mən bütün milli diasporlara müraciət edirəm ki, buna münasibət bildirsinlər. Yazılanlar çox iyrəncdir və yaxşı heç nə vəd etmir. Bu yalnız müharibə və terror marağında olanlar üçün xoşdur. Təhqir və alçaltma heç vaxt müsbət effekt vermir”.

  Vüqar İsmayılov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı