Modern.az

”Avropa İttifaqı Qarabağ münaqişəsinin həlli səylərini daha ciddi dəstəkləyəcək”

”Avropa İttifaqı Qarabağ münaqişəsinin həlli səylərini daha ciddi dəstəkləyəcək”

29 Aprel 2010, 09:57

“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün göstərilən cəhdləri daha ciddi dəstəkləməyə çalışacaq”. Modern.az xəbər verir  ki, bu barədə  Avropa İttifaqının genişlənlənmə  və Avropa qonşuluq siyasəti üzrə komissar Ştefan Fyule Cənubi Qafqaza və Ukraynaya səfərinin yekunları barədə Avropa Parlamentindəki çıxışında bildirib.

Cənubi Qafqaza səfərinin yekunları barədə təəssüratlarını bölüşən Fyule qeyd edib ki,  bu bölgədə silahlı münaqişələr nəticəsində yaranmış gərginliyin insanların həyatına çox güclü təsir göstərməsini hiss edib.  Ş.Fyule Azərbaycanda və Gürcüstanda məcburi köçkünlər üçün düşərgələrdə gördüklərini belə şərh edib: “Cənubi Qafqaz uzun müddət münaqişələr məkanı olmuşdur. Görüşdüyüm insanlara bildirmişəm ki, Avropa İttifaqının Cənubi Qafqazda əsas məqsədi bu regionda sabit, təhlükəsiz və dinc şərait yaratmaqdır”.

Fyule bəyan edib ki,  “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Cənubi Qafqaz ölkələri ilə assosiasiya haqqında sazişə dair danışıqlara başlamaq üçün direktivlər rəsmən təsdiq olunmaq üçün mayın 10-da Avropa İttifaqının Xarici Əlaqələr Şurasına təqdim ediləcək. “Bu saziş Avropa İttifaqının danışıqlar aparmağa hazırlaşmasına, Cənubi Qafqazda Aİ-nin tərəfdaşı olan hər bir ölkə ilə ümumi dəyərlər və prinsiplər əsasında daha sıx siyasi əlaqələr yaratmağa imkan verəcəkdir”,-deyə Fyule bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır