Modern.az

İrəvanda ermənilər məscidi yaşayış evinə çeviriblər - FOTOLAR

İrəvanda ermənilər məscidi yaşayış evinə çeviriblər - FOTOLAR

Dünya

20 Oktyabr 2013, 18:21

Ermənistan paytaxtı İrəvanın Kond rayonundakı məsçidi ermənilər yaşayış mənzilinə çeviriblər.
Modern.az saytı “BBC Azərbaycanca”ya istinadən xəbər verir ki, 1687-ci ildə tikilən məsciddə hazırda 3 erməni ailəsi yaşayır. Bu günlərədə məscid binasına baş çəkən BBC müxbirlərinə məlum olub ki, burada yaşayan ermənilər 1915-ci ildə Türkiyə qaçıb gələn ailələrdir. Onlara burada yaşamaq icazəsi 1920-ci illərin axırlarında verilib. Məsçidi yaşayış sahəsinə çevirmək icazəsi alan ailələr o zamandan müsəlmanların ibadətgahında slğlnacaq tapıblar. O vaxtlar məscidə yerləşdirilənlərin törəmələri hələ də bu yarıuçuq binada yaşayırlar. Vaxtilə məsçiddə məskunlaşan erməni qaçqınlar elə düşünürmüşlər ki, Sovet hakimiyyəti onları normal mənzillə təmin edəcək. Lakin 85 il sonra da onlar hələ də qədimlərdə molla və möminlərin ibadət etdikləri dar və qaranlıq hücrələrdə ilişib qalıblar.

Bura bir vaxtlar şiə azərbaycanlıların namaz qıldıqları məsçid olub. Artıq qəzalı hala düşən məsçid Ermənistanın tarixi abidələr siyahısındadır. Lakin hakimiyyətin oradakı ailələri köçürməyə və ya binanı təmir etmək üçün pulu yoxdur.



Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi