Modern.az

Avropa Birliyi və UNİCEF sabah Bakıda birgə tədbir keçirəcək

Avropa Birliyi və UNİCEF sabah Bakıda birgə tədbir keçirəcək

Qarabağ

29 Aprel 2010, 11:09

Apreil 30-da Avropa Birliyi və UNICEF tərəfindən “Hyatt” konfrans mərkəzinin toplantı zalında hökumət və vətəndaş cəmiyyəti tərəfdaşları ilə birgə uşaq və gənclərə aid qanunvericilikdəki islahatlar sahəsindəki irəliləyişlərin və mövcud siyasətlərin hazırkı vəziyyətinin nəzərdən keçirilməsi üçün müştərək tədbir təşkil ediləcək. Bu barədə Modern.az-a UNİSEF-in Azərbaycan nümayəndəliyindən məlumat verilib. Bir sıra yüksək səviyyəli hökumət rəsmiləri və uşaq hüquqları üzrə mütəxəssislər, o cümlədən Ailə, Qadın və Uşaqların Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Milli Məclisin Sosial Siyasət Komitəsinin rəhbəri Hadı Rəcəbli də tədbirdə iştirak edəcəklər.

Tədbirdə Avropa Birliyinin səfiri Roland Kobia və UNICEF-in Azərbaycan Nümayəndəliyinin Rəhbəri Mark Herevard da çıxış edəcək.

 

Tədbir zamanı AB tərəfindən maliyyələşdirilən xüsusi ehtiyaclı uşaqlar üçün erkən müdaxilələr və uşaqların erkən inteqrasiyası (Psixiatriya Fondunun Stichting Qlobal Təşəbbüsü), himayədarlıq və ailə dəstəkləyici xidmətlər (Hilfsverk, Avstriya) və gənclər üçün gəlir vasitələrinin yaradılmasına (“Uşaqları qoruyaq” təşkilatı) dair layihələr haqqında təqdimat təqdim olunacaq .

   

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı