Modern.az

Qafar Çaxmaqlının Türkiyədə çap olunan kitabı: Erməni terrorizmi nədən qaynaqlanıb?

Qafar Çaxmaqlının Türkiyədə çap olunan kitabı: Erməni terrorizmi nədən qaynaqlanıb?

Ədəbi̇yyat

21 Oktyabr 2013, 13:46

Araşdırmaçı yazar,  siyasi elmlər üzrə fəlsəfə doktoru  Qafar Çaxmaqlının Türkiyədə çap olunmuş "Armenizm’dən terrorizmə erməni ideolojileri və düşünce sistemleri" adlı kitabı çox böyük maraqla qarşılanıb. Onun  bu yeni  tədqiqatı -   həm Azərbaycanda,   həm də Türkiyədə erməniliyin (armenizmin)  mənbəyini  araşdıraraq ortaya qoyan ilk araşdırmalardan  sayıla bilər. İndiyə qədər Ermənistanda, Rusiyada, digər ölkələrdə, o cümlədən  Azərbaycan və Türkiyədə ən qədim zamanlardan günümüzə qədər ermənilik ideologiyasını və onun tarixini sistemli şəkildə tədqiq edən bir əsər olmamışdır.

Bu  araşdırmada qeyd olunub ki, armenizmi (erməniliyi) erməni tarixi və mədəniyyətindən fərqli düşünmək, xristian ideologiyasının ruhunun xaricində görmək olmaz. Ermənilərin, hətta dinlərini belə bəzən irqçi düşüncələrə qurban verdikləri zamanlar olub. Tədqiqatda bunlar ortaya çıxarılır. 

Bəllidir ki,  bir bilgi və inanclar sistemi kimi ermənilik (armenizm) də  irqçi ideologiya ilə yüklü olub və özünü qoruma istiqamətində bütün  tarixi dövrlərdə inkişaf yolu keçib. Yəni, zaman irəlilədikcə onun mahiyyətində irqçilik, başqa xalqlara yuxarıdan aşağı baxmaq, hədəfə çatmaq üçün insanları terrorizə etmək, onları fiziki cəhətdən məhv etməyə meyl özünü göstərməyə başlayıb. Ermənilərin  sonralar da yaratdıqları əksər siyasi və qeyri siyasi təşkilatların mayasında bu vardır.   Erməni tarixçilərinin özləri də bu cəhəti qeyd etməkdədirlər. Tarix boyunca bu ideologiyanı Erməni toplumu içərisində  erməni millətinin dövlət anlayışı  kimi formalaşdırmağa meylli qüvvələr də olmuşdur və bu gün də var. Ermənilər tarixdə heç  bir dövrdə tam müstəqil dövlətləri olmadığından  ideologiyalarını bu əsas üzərində-hər şeyi başqalarından mənimsəmə  prinsipi üzərində qurublar və  millət olaraq öz milli kimliyini ayaqda tutmaq üçün bu  yeni düşüncə sistemlərini formalaşdırıblar.

Armenizmdən  bəşəriyyət üçün çox təhlükəli olan andranikizm, tsexakronizm,  erməni fədaizmi və erməni faşizmi və digər “izmlər” törənib. Armenizmi terrorizmə yaxınlaşdıran səbəblər bu çalışmada geniş analiz edilir və ayrı-ayrı dövrlərdə  armenizm (ermənilik) ideologiyasının milliyyətçiliyə, mxitarizmə, fədaizmə, arevizmə, şovinizmə, tsexakronizmə, andranikizmə və digər irqçi cərəyanlara çevrilməsindən danışılır, bununla bağlı ana faktorlar, nəticələr məhz erməni mənbələrinə, tarixi qaynaqlara istinadən verilir. Müəllifin erməni dilini bilməsi və bu millətin psixologiyasına yaxşı bələd olması  əsərin daha ciddi vəsait kimi qəbul olunacağından xəbər verir.

Oxucu bu kitabı əlinə alarkən və onunla tanış olarkən görəcək ki, bütün erməni cərəyanları məhz  bu gün bəşəriyyətin üzləşdiyi  erməni terrorizmini  doğurub.  Kitabın azərbaycanca və digər dillərdə də nəşr olunması nəzərdə tutulur.  


Modern.az
   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir