Modern.az

Ermənistan parlamenti “DQR-in tanınması haqqında” qanun layihəsini müzakirəyə çıxarır

Ermənistan parlamenti “DQR-in tanınması haqqında” qanun layihəsini müzakirəyə çıxarır

Dünya

21 Oktyabr 2013, 17:13

“Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi Ermənistan parlamentində müzakirəyə çıxarılacaq. APA-nın “Lragir.am”a istinadən xəbərinə görə, bunu Ermənistan parlamentinin bu gün keçirilən ilk plenar iclasında spiker Ovik Abramyan bildirib.
Onun sözlərinə görə, “İrs” parlament fraksiyasının katibi Zarui Postancanyanın təşəbbüsü ilə hazırlanmış layihə gələn həftənin çərşənbə axşamı parlamentdə müzakirə olunacaq.

Ermənistan parlamentinin Beynəlxalq məsələlər komitəsi qanun layihəsinin plenar iclasın gündəliyinə salınmasına müsbət rəy verməyib. Bu səbəbdən “İrs” fraksiyası layihəni növbədənkənar məsələ kimi gündəliyə salıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı