Modern.az

Sankt-Peterburqda yaşayan azərbaycanlılara da təhlükə yarandı

Sankt-Peterburqda yaşayan azərbaycanlılara da təhlükə yarandı

21 Oktyabr 2013, 18:05

Rəsmi məlumatlara görə Rusiyanın ikinci şəhəri, Sank-Peterburqda 400 minə yaxın azərbaycanlı yaşayır. Qeyri-rəsmi məlumatlarda isə bu rəqəmin 2 dəfə artıq olduğu iddia edilir.
Rusiyanın bu qədim şəhərində də soydaşlarımızın durumu ürəkaçan deyil. Sankt-Peterburqa yaşayan soydaşlaımızın Modern.az saytına verdiyi məlumata görə, Rusiyanın baş şəhəri Moskvada soydaşlarımıza qarşı təzyiqlər ikinci böyük şəhərdə də özünü göstərir. Burada da azərbaycanlılar daha çox bazarlarda çalışırlar. Miqrant azərbaycanlıların sayı 200 mindən artıqdır. Ötən gün millətçilər bu şəhərdə də azərbaycanlıların çox olduqları yerlərə, xüsusilə də bazarlara hücum ediblər. Ancaq OMON hadisələrin faciəvi hala keçməsinin qarşısını alıb. Soydaşlarımızın narahat olduqları məsələ 4 noyabrla bağlıdır. 4 noyabr Rusiyada həmrəylik günü kimi qeyd edilir. Həmin gün xoşagəlməz olayların gözlənildiyini deyən soydaşlarımız özləri üçün təhlükənin sovuşmadığını da diqqətə çatdırıblar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir