Modern.az

“Azərbaycan faktlarda” adlı yeni sayt yaradılır

“Azərbaycan faktlarda” adlı yeni sayt yaradılır

29 Aprel 2010, 13:25

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının qrant  vəsaiti hesabına  Sosial Rifah  və Tədqiqatlar  İctimai  Birliyi  “Ermənistan  Azərbaycan   münaqişəsinin  tədqiqatı  və  həqiqatların   beynəlxalq  aləmə çatdırılması”  layihəsi  çərçivəsində   “Azərbaycan   faktlarda”  adlı yeni  sayt  yaradır.

İctimai Birlikdən Modern.az-a verilən məlumata görə, Azərbaycan   və   ingilis  dillərində  fəaliyyət  göstərəcək  bu saytda   Dağlıq  Qarabağ  münaqişəsi,   Azərbaycanın   tarixi,   mədəniyyəti,  ictimai-siyasi   proseslər   haqqında   dolğun məlumatlar  yerləşdiriləcək.   Layihə  çərçivəsində   Quba    məzarlığı   ilə bağlı   geniş araşdırmaların  aparılması    nəzərdə tutulur.       Ümumiyyətlə,  layihə çərçivəsində   mövzu ilə bağlı  xəbərlərə, analitik tədqiqatlara,  şərhlərə,  müsahibələrə    geniş   yer veriləcək.     Sayt   may   ayının   axırında      istifadəçilərin    xidmətində olacaq. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir