Modern.az

Ağ Ev bir casusa görə Türkiyə ilə müqaviləni dondurdu

Ağ Ev bir casusa görə Türkiyə ilə müqaviləni dondurdu

22 Oktyabr 2013, 13:21

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Türkiyəyə 10 “MQ-1 Predator” tipli pilotsuz təyyarənin satılması barədə müqaviləni dondurub. Buna səbəb Türkiyə tərəfinin İsrail xüsusi xidmət orqanlarının agentini ifşa edərək İrana təhvil verməsi olub.

“The Wasington Post” qəzetinin əməkdaşı Devid İqnatius öz da yazısında qeyd edib ki, Milli İstihbarat Təşkilatı Türkiyə ərazisində İsrail kəşfiyyatının xeyrinə casusluq edən iranlılarla yəhudui rezidentin görüşü barədə İran tərəfinə məlumat ötürüb.

Xatırladaq ki, hələ 2012-ci ilin yayında rəsmi Ankara “MQ-1 Predator” tipli 6 təyyarədən ibarət ilk partiyanı təhvil almışdı. Çoxfunksiyalı pilostuz təyyarələr kəşfiyyat məlumatları toplamaqla bərabər, həm də hədəflərə dəqiq raket zərbələri endirmək gücünə malikdir.    

 

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər