Modern.az

Tanınmış qarmon ifaçısı Gövhər Rzayeva: “Yaradıcılığımı dayandırmışam” - MÜSAHİBƏ

Tanınmış qarmon ifaçısı Gövhər Rzayeva: “Yaradıcılığımı dayandırmışam” - MÜSAHİBƏ

Mədəni̇yyət

22 Oktyabr 2013, 13:45

Tanınmış qarmon ifaçısı, əməkdar artist Gövhər Rzayeva Modern.az saytının suallarını cavablandırıb.

- Gövhər xanım, xeyli müddətdir görünmürsünüz. Yaradıcılıqda nə yeniliklər var?

- Hələ ki bir şey yoxdur.

- Nə vaxtdan belə fasilə yaranıb?

- Bir neçə aydır özüm yaradıcılığımı dayandırmışam. Ailə məsələlərinə başım qarışıb.

- Efirdə də yoxsunuz...

- Yox, bu yaxınlarda “Ay Zaur” verilişinə çəkildim. Bu gün də bir neçə çəkilişlərim var.

- Vaxt əgər ailəyə sərf olunursa, çəkilişə necə imkan tapırsınız?  

- Sənə qurban olum, ailəm böyükdür, problemləri tək özüm həll edirəm, kişi yoxdur.

- Övladlarınızın ailələrinə də siz baxırsınız?

- Bəli, bəli.

- Bir vaxtlar həmkarınız Gülbahar Şükürlü ilə münasibətləriniz gərgin idi. İndi vəziyyət necədir?

- Bizim heç vaxt onunla gərginliyimiz olmayıb.

- Mən efirdə gördüklərimi, mətbuatda oxuduqlarımı deyirəm.

- Yox, yalan sözdür, özlərindən yazırlar. Biz eyni sənətin adamlarıyıq. Həm sənətdə, həm də yaşda ondan böyüyəm. Mən qarmon çalmağa başlayanda heç Gülbahar yox idi.  Gülbahardan başqa da gözəl-gözəl sənətkarlıarımız var.

- Yenilərdən kimlər var?

- Çoxdur, sadəcə üzdə deyillər. Balaca Gülbahar Xurma var. Adları yadımda qalmır. Bizim Gülbaharla heç vaxt konfliktimiz olmayıb.

- Toylara da getmirsiniz?

- Toy olmasa gərək biz acından ölək də. Xalq saxlayır bizi.

- Tez- tez toy qiyməti açıqlayırlar.

- Adamına baxır. Mən oxuyan deyiləm ki, 5-10 minə gedim. Loru dillə desək, damara baxıb qan alırıq. Allah bərəkət versin, bizi dolandırırlar. Narazı deyiləm.

- Nə planlarınız var?

- “Zabul sehgah” yazdırmışam. Bir “Çahargah” da yazdırmaq istəyirəm. Humayun da planda var. Bütün muğamları yazdırmaq istəyirəm.

- Kiminlə rəfiqəsiniz?

-Uzun illərdir ki, Zöhrə xanım Abdullayeva ilə çox yaxınam. Başqa heç kimlə  get-gəlim yoxdur.



İntiqam Valehoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi