Modern.az

İqor Aşurbəyli - S-300 raketlərinin istehsalçısı Rafiq Əliyevin yetirməsidir

İqor Aşurbəyli - S-300 raketlərinin istehsalçısı Rafiq Əliyevin yetirməsidir

Təhsil

22 Oktyabr 2013, 16:43

S-300 P raket komplekslərini istehsal edən “Almaz” korporasiyasının direktoru, əslən azərbaycanlı olan İqor Aşurbəyli haqqında son günlər televiziya, mətbuat və elektron portallarında geniş yer verilir. Amma bizim üçün çox vacib olan bir fakt unudulub. Belə ki, İqor Aşurbəyli azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub.

Bununla bağlı Modern.az saytına açıqlama verən professor Rafiq Əliyev Aşurbəylinin məhz onun laboratoriyasında yetişdiyini bildirib:

“O bütünlüklə Azərbaycana məxsus alimdi. Mənim aspirantım olub və müdafiə edərkən də elmi rəhbəri mən olmuşam. Onu ruslaşdırmaq yox, Azərbaycanlaşdırmaq lazımdı. Bu saat da Aşurbəylinin avtorefereatı məndə var. İstədiyiniz zaman sizə göstərə bilərəm”.

Qeyd edək ki, rus kosmik fəzasının lideri sayılan Aşurbəyli Rafiq Əliyevin rəhbərliyi altında 1992-ci ilin 30 mayında Azərbaycan Sənaye İnsitutunda (indiki Neft və Kimya Akademiyası) öz namizədlik işini müdafiə edib. Elmi işinin mövzusu isə “D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləridi”.

Qeyd: Modern.az professor Rafiq Əliyevin köməyi ilə həmin namizədlik işinin avtoreferatını sizə təqdim edəcək.



Elmin Nuri
 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir