Modern.az

"Çovqan" ona görə sizin ola bilməz ki, ...

"Çovqan" ona görə sizin ola bilməz ki, ...

Mədəni̇yyət

23 Oktyabr 2013, 12:28

Azərbaycanın milli çovqanın (çovkan, çövkan) oyununun YUNESKO-nun qeyri-maddi mədəniyyət abidələri sırasına daxil edilməsinə Tehranın rəsmi dairələrinin etirazları səngimək bilmir. Dahi Azərbaycan şairi Nizami Gəncəvini farslaşdırmağa cəhd göstərən qonşu dövlət, indi də, eyni israrla çovqana israr edir.

Məlumdur ki, çovkan Azərbaycan adlı coğrafiyanın ən qədim və məşhur oyunlardan biridir. Çovqan yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir. Dahi Nizaminin Xosrov və Şirin əsərindən və "Kitabi-Dədə Qorqud" boylarından isə məlum olur ki, Azərbaycanda çovqanın tarixi hətta VI-VII əsrlərə və bəlkə ondan da qabaqlara gedib çıxır.


Çovqanın qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir.

Çovqan oyununun iki atributu - at və ağacın adı da bu oyunun Azərbaycan xalqına, Azərbaycan türklərinə məxsus olduğunu təsdiqləyir.

At - Türk etnosunun əsas totemlərindən, simvollarından biridir. Azərbaycanda daha bir qədim xalq oyunu atın iştirakı ilə həyata keçirilir. Atın üstündə olan igidlər çaparaq qarşıda dayanmış qoçu tək əllə qaldırmalı və yəhərin üstünə qoymalıdılar...

Bu kimi oyunlar, tarix boyu atın üstündə dünyanı fəth etmiş, köçəri həyat sürmüş, əsas məşğuliyyəti heyvandarlıq olmuş qədim Türk tayfalarının meydana gətirdiyi mədəniyyət nümunələridir. Bildiyimiz kimi xalq nağıllarımızda, dastanlarda məharətlə at sürən ərənlər haqqında məlumatlar çoxdur. Nizami Gəncəvi həmçinin, tarixi sənədlər əsasında yazdığı "Şərəfnamə" əsərində də çovqan oyunu haqqında məlumat verir.

Çovqan "çövkan" və yaxud "çoğan" sözü Azərbaycanda "ağaccıq", ağac parçası kimi işlədilib. Çovqan oyununun adı oyunda işlədilən ağac alətinin adı ilə adlandırılıb.

Azərbaycanın yerləşdiyi coğrafiya ona nə qədər təbii zənginliklər, sərvətlər bəxş etsə də, qonşu sarıdan bəxti gətirməyib. Əsrlərlə yüz yerə parçalanan böyük bir məmləkət indi maddi, mənəvi dəyərlərini bədxah qonşularının iddialarından qorumaq məcburiyyətində qalıb.  

Bu coğrafiyada insan resursunun əsasını təşkil edən bizlər də Aydan gəlməmişik axı. İnsaf hissini bunca itirmək nə qonşuluqla, nə dinlə bir araya sığır, ağayi qonşular...

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir