Modern.az

“Mançester Yunayted” Yay Futbol Məktəbinin qalibi “World Skills Final 2013” yarışmasına qatılıb

“Mançester Yunayted” Yay Futbol Məktəbinin qalibi “World Skills Final 2013” yarışmasına qatılıb

23 Oktyabr 2013, 16:27

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə təşkil etdiyi “Mançester Yunayted” Yay Futbol Məktəbinin uğurlu iştirakçılarından biri olan Tamerlan Rizvanov adıçəkilən məktəbin “World Skills Final 2013” finalına qatılmaq üçün Mançesterdə olub.

“Mançester Yunayted” klubu ilə əməkdaşlıq çərçivəsində Bakcell tərəfindən Azərbaycana gətirilmiş yay futbol məktəbi idman aləmində bu yayın ən əhəmiyyətli tədbirlərindən birinə çevrilib. Futbol məktəbinin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək idi. Uşaqların seçimi prosesinə dəstək və nəzarət AFFA tərəfindən həyata keçirilib. Bakcell Arena stadionunda keçirilən yay futbol məktəbində iştirak üçün mindən artıq namizəddən 32 nəfər gənc istedad seçilib.  Daha sonra Bakıda təşkil olunan “Mançester Yunayted” Yay Futbol Məktəbinin nəticələrinə uyğun seçilən 6 gənc istedad - Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Tamerlan Rizvanov, Xəyal Əliyev və Nigar Mirzəliyeva 2013-cü ilin avqust ayında Mançester şəhərinə səfər edib, əfsanəvi “Old Trafford” stadionu, “Mançester Yunayted Futbol Akademiyası”, eləcə də komandanın təlim-məşq bazasını ziyarət etmək imkanı qazanıblar. Mançesterdə səfərdə olan gənc istedadlarımızdan biri – Tamerlan Rizvanov xüsusi nəticə nümayiş etdirərək “Mançester Yunayted” Yay Futbol Məktəblərinin “World Skills” finalına qədər yüksələ bilib. Hazırda finalda çıxış etmək üçün Böyük Britaniyada olan Tamerlan bir çox ölkədən gələn həmyaşıdları ilə yarışıb.

Final yarışı 17–20 oktyabr tarixləri arasında keçirilib. Yarışdan sonra iştirakçılar müxtəlif əyləncə tədbirlərində iştirak etməklə yanaşı, “Mançester Yunayted”in təlim-məşq bazası və tarix muzeyini ziyarət edib, “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted”in oyununu izləyiblər.

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir