Modern.az

PKK Türkiyəyə qayıdır

PKK Türkiyəyə qayıdır

24 Oktyabr 2013, 16:16


“PKK Türkiyəyə qayıtmağa hazırdı”. Modern.az-ın xəbərinə görə bu barədə “Kürdüstan İcmaları Birliyi” icraiyyə şurasının həmsədri Cəmil Bayik “Reuters” agentliyinə müsahibəsində bildirib. Türkiyəni Suriyadakı kürdlərə qarşı yerli islamçılardan istifadə etəmkdə günahlandıran Bayik bildirib ki, onlar cavab tədbirləri görmək hüququna malikdirlər.

Təşkilat rəhbəri Rəcəb Tayyip Ərdoğanın elan etdiyi demokratik islahatlar paketini də tənqid edib. “Bu islahat paketinin demokratiya ilə heç bir əlaqəsi yoxdur. Kürd xalqının mədəniyyətinə, ana dilində təhsilinə və ərazi müxtariyyətinə aid heç bir konstitutsion təminat yoxdur”.

Cəmil Bayik kürd xalqının Türkiyəyə qarşı mübarizə aparmaq hüququnun olduğunu bildirib.

Vüqar İsmayılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi