Modern.az

Ad gününü qeyd edən Sənubər İsgəndərli: “Ürəyimin 25 yaşı var” - MÜSAHİBƏ

Ad gününü qeyd edən Sənubər İsgəndərli: “Ürəyimin 25 yaşı var” - MÜSAHİBƏ

25 Oktyabr 2013, 11:48


Bu gün əməkdar artist Sənubər İsgəndərlinin doğum günüdür. Doğum günü Modern.az-a müsahibə verən aktrisa ilk təbriki adətən ailə üzvlərimdən alırdı. Amma bu dəfə belə olmayıb.

– Yadıma salım, görüm kim idi... Bu dəqiqəyə kimi çox adam məni təbrik edib. Bu saat birini deyib, beşini unuda bilərəm. İnanın ki, dünəndən telefonlarım suumur. Səhər durub Facebook səhifəmi açanda şoka düşdüm. Orda nə qədər təbrik var. İstəyirəm hamısına bir-bir cavab yazım. Onlara cavab yazsam, axşama qədər gərək oturam orda. Gözləyirəm ki, hamısı yazsın, sonra ümumi bir təşəkkürümü bildirim.

– Nəvəniz sizi təbrik edib?

– Ona qurban olaram. Xəstələnib. Onunla danışsam, ağlayacağam. Gərək yanına gedib görəm.

– Sənət yoldaşlarınızdan kimlər təbrik ediblər?

– Vəfa Zeynalova dünəndən tortuyla, hədiyyəsiylə gəlib. Gecə gedib (gülür). Hələ bu gün də görüşəcəyik. Facebook-da təbrik edən sənət yoldaşlarım da var.

– Hər kəsə bir-bir cavab yazacaqsınız?

– Bayaq baxdım orda 200-dən artıq təbrik var idi və səhər hələ indi açılıb. Ya bu gecə, ya da sabah hər birinə cavab yazacağam.

– Bu qədər diqqətin olacağına inanırdınız?

– Sosial şəbəkələrdə yazılır ki, bu gün filankəsin ad günüdür. Bilməyən də bilir, təbrik edir. İllər öncə bu qədər təbrik almağa imkan olmurdu. Təbrik etmək istəyən ya evini tanımırdı, ya telefonunu bilmirdi. Ona görə də təbriklərin sayı çoxalıb.

– (zarafatyana) Bəziləri deyirlər ki, Sənubər xanımın 35 yaşı var. Mən də deyirəm ki, onun çəkildiyi “Kişi sözü” filmi təxminən 30 il əvvəl çəkilib. Necə ola bilər ki, 35 yaşı olsun?

– (gülür) İntiqam, sizin neçə yaşınız var?

– 28.

– (gülür) 28 yaşlı oğlanın qadının yaşı ilə maraqlanmağı nə dərəcədə düzgündür?

– Kompleksiniz varsa, soruşmaya da bilərəm.

– Yox, kompleksim yoxdur. Bakı balaca şəhərdir, hamı bilir təxminən.

– Əslində mən də bilirəm. Amma öz dillinizdən eşitmək istərdim.

– Ürəyimin 25 yaşı var. Mənə elə gəlir ki, 70 yaşım olanda da bioloji yaşım 25 yaş olacaq. Təki ürək qocalmasın.

İntiqam Valehoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir