Modern.az

Sarkisyan erməni müharibə veteranlarını hiddətləndirib

Sarkisyan erməni müharibə veteranlarını hiddətləndirib

25 Oktyabr 2013, 12:40

Ermənistan paytaxtında Qarabağ müharibəsi veteranları sosial problemləri səbəbindən mitinq keçirib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Yerevanda baş tutan mitinqdə veteranlar Sarkisyan hakimiyyətinin Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin sosial problemləri ilə maraqlanmadığını vurğulayıblar. Onlar sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün hökumətə bir neçə tələb ünvanlayıb. Tələblərdən biri müharibədə könüllü döyüşənlərin statusunun müəyyənləşməsi və onlara təqaüdlərin ayrılmasıdır. Mitinq iştirakçısı, ehtiyatda olan polkovnik Vardan Malxasyan Ermənistan hökumətinin 2014-cü il yanvarın 1-dən işsizliyə görə verilən aylıq 40 dollarlıq müavinətləri ləğv etmək planlarını tənqid edib. “Bu qərarın absurdluğu sərhəd tanımır. İşsizlərin müavinətləri ləğv olunur, əvəzində hökumət üzvlərinin maaşları artırılır”.

Malxasyan müharibə veteranı Volodya Avetisyanın dələduzluq maddəsi ilə həbs olunmasını Qarabağ veteranlarına qarşı siyasi repressiya kimi dəyərləndiridi. Mitinq iştirakçıları ədalətsizliyə qarşı sona qədər mübarizə aparacaqlarını bildirdilər. Onlar hansı mübarizə metodlarından istifadə edəcəklərini sabahkı günün göstərəcəyini bildiriblər.

Vüqar İsmayılov     

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi