Modern.az

S-300 raketlərinin müəllifi İqor Aşurbəylinin Rafiq Əliyev tərəfindən qiymətləndirilən AVTOREFERATI

S-300 raketlərinin müəllifi İqor Aşurbəylinin Rafiq Əliyev tərəfindən qiymətləndirilən AVTOREFERATI

26 Oktyabr 2013, 10:14

Modern.az saytı rus kosmik fəzasının lideri, “Almaz” korporasiyasının direktoru, S-300 raket qurğularının ixtiraçısı İqor Aşurbəylinin məşhur azərbaycanlı alim, professor Rafiq Əliyevin yetirməsi olduğu barədə məlumat verib. Bu barədə sayta açıqlama verən professor keçmiş aspirantı Aşurbəylinin məhz Azərbaycan elminin yetişdirməsi olduğunu bildirib. Qeyd edək ki,  İqor Aşurbəyli elmlər namizədi elmi dərəcəsini müdafiə edən zaman onun elmi rəhbəri Rafiq Əliyev olub. 
Ötən yazıda Rafiq Əliyev lazım olsa yetirməsinin  elmlər namizədi elmi dərəcəsini müdafiə edən zaman yazdığı avtoreferatı bizə təqdim edəcəyini bildirmişdi. Modern.az saytı həmin avtoreferatn surətini əldə edib. Avtoreferat 1992-ci 30 aprel tarixində hazırlanıb. “D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri”  mövzusunu  əhatə edən  avtoreferatı  professor Rafiq Əliyev bu cür izah edir:

“Mürəkkəb rəqəmsal idarəetmə sistemlərinin davamlılığının artırılmasında başlıca istiqamət demərkəzləşdirilmiş sistemlərin lokal hesablama şəbəkələri əsasında yaradılmasıdır. Bu cür yanaşma idarəetmə sistemlərində sıradan çıxmış elementlərin funksiyalarının yenidən paylanmasına imkan verir. Bu işdə davamlı demərkəzləşdirilmiş idarəetmə sistemlərinin yaradılma prinsipləri və sintez üsulları işlənmişdir. Əsas elmi nəticələr bunlardır: rəqəmsal demərkəzləşdirilmiş idarəetmə sistemlərinin dairəvi topologiyaya əsaslanan lokal hesablama şəbəkələri əsasında arxitekturasının təklif olunması; sıradan çıxmış elementlərin funksiyasının yenidən paylanması məsələsini əhatə edən davamlı idarəetmə sisteminin sintezi məsələsi qoyulmuş və həll olunmuşdur; demərkəzləşdirilmiş idarəetmə sisteminin davamlılığını təmin edən alqoritm təklif olunmuşdur. Bu üsul tədricən deqradasiyaya (pozulmaya) uğrayan sistemlər üçündür. Bu nəzəri müddəalar müxtəlif mürəkkəb texniki sistemlərdə istifadə oluna bilər”.

Qeyd edək ki, S-300 raketlərinin tətbiqində istifadə olunan bu məntiqin özü də Rafiq Əliyevdən qaynaqlanıb. Belə ki, hələ 1986-87–ci illərdə rus kosmik aparatlarının idarəolunması üçün təklif olunan 13 məntiq nəzəriyyəsindən yalnız Rafiq Əliyevin ALİ-1, ALİ-3 məntiqi əsas götürülüb. Sonradan rus kosmik fəzasının lideri səviyyəsinə qalxacaq İqor Aşurbəylinin də nəzəriyyələr sisteminə məhz, bilavasitə ALİ-1, ALİ-3  məntiqləri təsir edib. Bu fakt rus kosmik fəzasının məhz, Azərbaycan elminin uğurları nəticəsində idarə olunmasını göstərir.










Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır