Modern.az

“Çeçen yaraqlıları”na AzTV-də qadağa

“Çeçen yaraqlıları”na AzTV-də qadağa

26 Oktyabr 2013, 11:28

Mahir Qabiloğlu

Azərbaycanca “yaraq”, türkcə...

AzTV-də - “Xəbərlər”də Əziz Məlikli adlı iş yoldaşımız vardı. Ancaq “Xəbərlər”in xarici xəbərlər blokunu hazırlayırdı. Rusiyada Çeçenistan müharibəsinin getdiyi illər idi. O da hər proqramda çeçen yaraqlıları ilə rus qoşunları arasında gedən döyüşlərə xüsusi yer ayırırdı. Artıq AzTV peyk vasitəsilə dünyada, o cümlədən Türkiyədə də yayımlanmağa başlamışdı. Günlərin bir günü növbəti buraxılışdan sonra AzTV-nin sədri Əziz Məliklini kabinetinə çağırtdırır və əsəbi halda:


- Ə  Əziz, sən bir də videoblokda “çeçen yaraqlıları” sözü işlətmə. Bildin?


- Niyə?


- İşlətmə də... Denən ki, məsəlçün “çeçen döyüşçüləri”. Başa düşdün?


- Niyə axı? Burda pis nə var ki? Azərbaycan dilində deyirəm də “çeçen yaraqlıları”.


- Demə də... bildin?


- Niyə axı?


Əzizin əl çəkmədiyini görən sədr  yaraqlı sözünün izahını verməyə məcbur olur.


- Ə Əziz, indicə dostlar Türkiyədən zəng eləmişdilər ki, “bəs  sizin “Xəbərlər”ə  türklərlə bir yerdə baxa bilmirik. Xarici xəbərlər blokunda Əziz Məlikli hər “yaraqlı” sözü deyəndə, türklər qəşş edib özlərindən gedirlər. Biz də pərt vəziyyətində qalıb onlara baxırıq”.
İndi bildin, bala? Türkiyədə “yaraq” kişinin cinsiyyət üzvünə deyirlər. Yəni ki, bu pis sözdür. Başa düşdün? Get, bala, get. Bundan sonra belə pis-pis sözlər yazma.  


“A-eM”

Rusiyanın Azərbaycandakı səfirinin müavini yeni təyinatına Türkiyədən gəlibmiş. Və türkcə də az-maz qırıldatmağı bacarırmış. Hansısa qəbulda səfirlə durub söhbət edəndə mədəniyyət nazirinin də özünün “AZ 10 AM-777” dövlət nömrə nişanlı hökumət maşınıyla ora yaxınlaşdığını görürlər. Türk dilini, xüsusilə də söyüş və biədəb sözlərini yaxşı bilən rus səfirinin müavini səfirin qulağına nəsə pıçıldayıb gülür. Mədəniyyət naziri onlara yaxınlaşıb salamlaşanda səfir müavini deyir:


-  Cənab nazir, maşınınız gözəldir, amma nömrəsi çox biədəbdir e?


-  Nəyi biədəbdir ki, məncə əla nömrədir - “AZ 10 AM-777”


-  777 nömrəsi yaxşı olmağına yaxşıdır, amma bu “AM” nəsə biədəb səslənir.


Məsələnin nə yerdə olduğunu anlayan mədəniyyət naziri özünü sındırmadan:


- Siz nə danışırsınınz? Nə biədəb? Özüm xüsusi olaraq seşmişəm bu nömrəni. “A-eM” - yəni ki, “Azərbaycan Mədəniyyəti”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir