Modern.az

Səməd Behrənginin nağılı - ilk dəfə Modern.az-da

Səməd Behrənginin nağılı - ilk dəfə Modern.az-da

Ədəbi̇yyat

26 Oktyabr 2013, 12:16

Səməd Behrəngi Cənub ədəbiyyatının tanınmış simalarındandır. 1968-ci il avqustun 30-da İrandakı Xumarlı qəsəbəsinin yaxınlığında, Araz çayında müəmmalı şəraitdə boğulmuş S. Behrəngi “Balaca qara balıq” hekayə ilə geniş tanınıb. Həyatdan cəmi 28 il qopara bilmiş şair-tərcüməçi İtaliyanın Boloniya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. “Azərbaycan kəndlilərinin canlı dili” adlandırılan S. Behrəngi həm də xalq yaradıcılığı nümunələrinin toplayıcısı idi.

Modern.az Bakıda bircə (“Məhəbbət nağılı”, 1987) kitabı çıxmış şair-tərcüməçinin nadir bir yazısını tapıb. “Mətlha və çistanhayi Azərbaycan ((Tampacalar və qoşmacalar)” kitabından götürülmüş bu qısa əsərin girişində S. Behrəngi farsca qeyd edib ki, onu Mamağan kəndində müəllimlik edərkən qələmə alıb.

Uşaqlar üçün nəzərdə tutulmuş bu nağıl-hekayəni ilk dədə Azərbaycan oxucusuna təqdim olunur.

Səməd Behrəngi

Buzovum

Bir buzovum vardı.

Pəyədə yeri vardı.

Apardım suvarmağa

Ayağı buzdan zövüdü.*

Dedim: “Buz, sən necə də güclüsən!”

Dedi: “Mən güclü olsaydım, gün məni əritməzdi”.

Dedim: “Gün, sən necə də güclüsən!”

Dedi: “Mən güclü olsaydım, yağış məndən yağmazdı”.

Dedim: “Yağış, sən necə də güclüsən!”

Dedi: “Mən güclü olsaydım, bulud üstümü almazdı”.

Dedim: “Bulud, sən necə də güclüsən!”

Dedi: “Mən güclü olsaydım, yağış məndən yağmazdı”.

Dedim: “Yağış, sən necə də güclüsən!”

Dedi: “Mən güclü olsaydım, ot məndən göyərməzdi”.

Dedim: “Ot, sən necə də güclüsən!”

Dedi: “Mən güclü olsaydım, qoyun məni yeməzdi”.

Dedim: “Qoyun, sən necə də güclüsən!”

Dedi: “Mən güclü olsaydım, qurd məni yırtmazdı”.

Dedim: “Qurd, sən necə də güclüsən!”

Dedi: “Mən güclü olsaydım, it məni qovmazdı”.

Dedim: “İt, sən necə də güclüsən!”

Dedi: “Mən güclü olsaydım, qarı* məni vurmazdı”.

Dedim: “Qarı, sən necə də güclüsən!”

Dedi: “Mən güclü olsaydım, siçan buğdamı aparmazdı”.

Dedim: “Siçan, sən necə də güclüsən!”

Dedi: “Mən güclü olsaydım, pişik məni tutmazdı”.

Dedim: “Pişik, sən necə də güclüsən!”

Dedi: “Mən güclüyəm ha, güclüyəm!

Dəmir daraq dişlərim,

Kürsüaltı qışlağımdı,

Kürsüüstü yaylağımdı.

Xanım nəmənə bişirsə,

O da mənim quymağımdı”.

* sürüşdü

** Qarı nənə

Əziz Rzazadə

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır