Modern.az

Sənət aləminin qohumları - SİYAHI

Sənət aləminin qohumları - SİYAHI

Mədəni̇yyət

28 Oktyabr 2013, 14:04

Modern.az sənət aləmində bir-birinə qohumluq telləri ilə bağlı tanınmışları təqdim edir.

Bu mövzuda ilk təqdimatı Musayevlərlə başlamaq gərəkdir. Belə ki, Cabbar Musayevlə Musa Musayev xalq artisti Niyaməddin Musayevin qardaşı oğlanlarıdır. Təranə Qumral isə xalq artistinin qardaşı gəlini hesab olunur.

Müğənni Emil Bədəlov tarzən, xalq artisti Firuz Əliyevin kürəkənidir. İfaçı sənətkarın qızı Xanımla ailəlidir. Onların bir qız övladı var.

Tanınmış teleaparıcı Nəsib Nur isə müğənni Səidə Sultanın bacısıyla evlənib. Teleaparıcı Pərvanə xanımla 2010-cu ildə ailə həyatı qurub.

İlqar Muradovla “Yeni ulduz” musiqi yarışmasını qalibi olan gənc müğənni Cahangir də qohumdurlar.

Mirkamil Kamilov və Ramal İsrafilov isə xalq artisti Mələkxanım Əyubovanın bacısı və qardaşı uşaqlarıdır.

Hazırda münasibətlərinin soyuq olmasına baxmayaraq, Əli Mirəliyevlə xalq artisti İlhamə Quliyevanın da qohumluq əlaqələri var.

Tanınmış vizajist Nigar İbrahimova isə müğənni İradə İbrahimovanın bacısıdır.

Əməkdar artist Mehriban Xanlarova SSRİ xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızıdır.

Müğənni Rüfət Axundov Yaşar Nurinin bacısı Ruhəngiz xanımın oğludur.

Mərhum sənətkarın daha bir qohumu isə “Bozbash pictures”dən tanıdığımız Nicat Rəhimovdur.

Müğənni Rəvan Qarayevin atası da tanınmış müğənnidir - Elşad Qarayev.

Gənc müğənni Novruz Ağayev müğənni Manaf Ağayevin qardaşı oğludur.

Tanınmış musiqiçilər Nurlan, Tərlan, Arslan və Şahin Növrəslilər isə qardaşdırlar.

Müğınni Nurlan Əzizbəyli rejissor və aktyor Ramiz Əzizbəylinin qardaşı oğludur.

İntiqam Valehoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?