Modern.az

Nizami Cəfərov: “Mühacirət poeziyası Səməd Vurğun səviyyəsində deyil”

Nizami Cəfərov: “Mühacirət poeziyası  Səməd Vurğun səviyyəsində deyil”

Ədəbi̇yyat

29 Oktyabr 2013, 10:20


“Mühacirət dövri ədəbi xadimlərimiz ədəbiyyat tarixində o qədər də parlaq hadisə olmadığından onlar haqqında dərsliklərdə ancaq ümumi məlumat verilir”.

Bunu Modern.az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

“Mühacirət ədəbiyyatımız bir neçə mərhələyə bölünür. İlkin mühacirət XIX əsrin sonu XX əsrin əvvəllərində olub. İkinci mühacirət isə Cümhuriyyət dövründə. Daha sonra isə sovet hakimiyyətinin ilk illərindən etibarən başlanılıb. Onların hamısını icmal şəklində veririk. Ali məktəblərdə mühacirət ədəbiyyatı geniş keçirilir. Orta məktəblərdə sadəcə məlumatlar verilir. Mühacirətdə də görkəmli sənətkarlarımız olsa da, Səməd Vurğun, Cəfər Cabbarlı səviyyəli ədiblərimiz olmayıb. Ədəbiyyatşünas kimi qiymətləndirsək Məhəmməd Əmin Rəsulzadənin çox böyük əsərləri var. Ceyhun Hacıbəyli və başqalarının da dəyərli əsərləri olsa da, onlar ədəbiyyat üçün çox parlaq hadisə deyillər”.

 

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?