Modern.az

Yazıçılar Birliyinin qurultayı yubiley günündə keçiriləcək

Yazıçılar Birliyinin qurultayı yubiley günündə keçiriləcək

Ədəbi̇yyat

29 Oktyabr 2013, 15:17

“Gələn il Yazıçılar Birliyinin 80 illik yubileyi olacaq. O səbəbdən qurultayı gələn il keçirməyi qərara aldıq”. Bunu  Modern.az-a açıqlamasında Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib. Artıq bitməkdə olan 2013-cü ilin hələ fevral-mart aylarında keçirilməsi nəzərdə tutulan qurultay 2014-cü ilin əvvəllərinə qədər təxirə salınacaq. Buna səbəb AYB-in 80 illik yubileyi ilə qurultayın eyni vaxtda keçirilmıəsidir.
Modern.az-a açıqlamasında Xəyal Rza da məhz, bu səbəbdən qurultayın 2013-cü ildə olmayacağını bildirib:
”Qurultay 2014-ün ilk aylarında olacaq. Bildiyimiz kimi gələn il Yazıçılar Birliyinin 80 illik yubileyidir. Biz də istədik ki, qurultayla yubiley bir arada keçirilsin. Odur ki, gələn 2014-cü ilin əvvəllərində həm yubiley, həm də qurultayımız baş tutacaq”.

  Elmin Nuri  
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir