Modern.az

Qarabağ separatçıları ABŞ-da “yol rüsumu” toplayır

Qarabağ separatçıları ABŞ-da “yol rüsumu” toplayır

Dünya

30 Oktyabr 2013, 12:06

Dağlıq Qarabağla Ermənistan arasında yol tikintisini maliyyələşdirmək üçün noyabrın 28-də Los-Ancelesdə telemarafon keçiriləcək. Modern.az xəbər verir ki, “Hayastan” Ümumerməni Fondunun hər il keçirdiyi telemarafonda məqsəd Ermənistanın Vardenis şəhəri ilə Dağlıq Qarabağdakı Ağdərə rayonunu birləşdirəcək 115 km-lik magistral yol üçün 30 milyon dollar vəsait toplamaqdır.

12 saat davam edəcək telemarafonda bütün dünya erməniləri iştirak edəcək. Vardenis-Ağdərə yolu Gorus-Xankəndi magistralından sonra Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək ikinci yol olacaq.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı