Modern.az

Prezident daxili işlər orqanlarının yüksək rütbəli zabitlərini işdən qovdu

Prezident daxili işlər orqanlarının yüksək rütbəli zabitlərini işdən qovdu

30 Oktyabr 2013, 13:20


Rusiya Prezidenti Vladimir Putin DİN daxili qoşunlarının və daxili işlər orqanlarının bir sıra yüksək rütbəli əməkdaşlarını vəzifələrindən kənarlaşdırıb. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" xəbər verib.

Dövlət başçısının çərşənbə axşamı Kremlin saytında dərc olunmuş müvafiq əmrinə görə, onların arasında DİN-in Moskva şəhəri üzrə Cənub İnzibati Dairəsi Baş İdarəsinin Daxili İşlər İdarəsinin rəisi, polis general-mayoru Aleksandr Podolnı da var. Bildirilir ki, Biryulevo sakininin səs-küylü qətlindən sonra onun istefasını Moskva Baş Komitəsinin rəhbərliyi xahiş etmişdi.

Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu