Modern.az

GTZ qalib jurnalistləri elan etdi

GTZ qalib jurnalistləri elan etdi

30 Aprel 2010, 17:01

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) jurnalistlər arasında «Vərəsəlik hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi» mövzusunda keçirdiyi müsabiqə başa çatıb. Aprelin 30-da «Park İnn» otelində keçirilən tədbirdə müsabiqənin nəticələri elan olunub. Bildirilib ki, «Hüququn KİV-də yayılması» proqramı çərçivəsində keçirilən bu müsabiqəyə Azərbaycanda vərəsəlik hüququ, problemləri, onları doğuran səbəblər və həlli yolları barədə yazılan və tanınmış internet-resurslarında yerləşdirilən, eləcə də dövrü mətbuatda çap olunmuş 18 yazı təqdim olunub. Onlardan 10-nun dövrü mətbuatda, 8-nin isə işıq üzü gördüyü bildirilib. Ümumi nəticələrə görə, Modern.az saytında çıxan  «Mirasdan məhrum vərəsələr» adlı yazının müəllifi Zülfiyyə Quliyeva 3-cü yerə layiq görülüb. «Təzadlar» qəzetində çap olunan «Miras-qardaşla bacını düşmən edən maddiyat» yazısının müəllifi Yaşar Ağazadə 2-ci yeri tutub. 1-ci yerə isə «monitorinq.az» saytındakı «Mirasdan məcburi pay almaq hüququndan məhrumetmə: qanunvericilik və praktikanın problemləri» adlı məqalənin müəllifi Könül Zərbəliyeva layiq görülüb. 1-ci yerin qalibi 500, 2-ci yerin qalibi 400, 3-cü yerin qalibi isə 300 manatla mükafatlandırılıb.

Qeyd edək ki, bu, GTZ-nin jurnalistlər arasında keçirdiyi sayca 11-ci müsabiqədir. Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar