Modern.az

«Kaspi» qəzetinin «Ədəbiyyat» əlavəsi nəşrə başlayır

«Kaspi» qəzetinin «Ədəbiyyat» əlavəsi nəşrə başlayır

Media

30 Aprel 2010, 17:52

Mayın 1-dən «Kaspi» qəzetinin «Ədəbiyyat» əlavəsi işıq üzü görür. Bu barədə Modern.az-a qəzetin baş redaktoru Natiq Məmmədli məlumat verib.

 

«Əlavə hər həftənin şənbə günü işıq üzü görəcək. Oxucular bizim səhifələrimizdə klassik irsimizdən tutmuş çağdaş ədəbi proseslərə kimi bütün məqamlarla, həmçinin yerli və xarici ədəbi nümunələrlə, eksklüziv tərcümə və müsahibələrlə tanış ola biləcəklər» -, deyə N.Məmmədli bildirib.

 

Orijinal tərtibatla təqdim edilən materialların oxucuların zövqünü oxşayacağına əmin olan baş redаktor daha sonra bildirib: «Biz ədəbiyyatımızı xilas etmək istəyirik. Уcuz və vaxtı keçmiş intriqalardan uzaq, fərdlərin təhqirinə yönəlmiş bayağı publisistikadan kənar ədəbiyyat təklif edirik. Arzulayırıq ki, Azərbaycan yazıçısının yazdıqları oxucuların etimadını qazanmaqla yanaşı, dünya ədəbi mühitinə qatılsın, bizim təfəkkür məhsulumuz dünya meridianlarında da uğur qazansın. Bunun yolu isə nə təhqirdən, nə məzmunsuz diskussiyalardan, nə təqaüd, nə də vəzifə davasından keçir. Dünyaya çıxmağın əsas yolu Azərbaycan oxucusunun etimadını qazanmaqdan, öz vətənində kütləviləşmədən keçir. Yaxşı əsər yazmaq üçün kimdənsə lisenziya almağa ehtiyac yoxdur, qəzetimizin səhifələri əsil ədəbiyyat meydanıdır».

 

Onu da xatırladaq ki, yeni əlavənin nəşrə başlaması ilə əlaqədar olaraq bundan sonra «Kaspi»nin həftəsonu sayları 24 səhifə çıxacaq.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı