Modern.az

Mühacirət ədəbiyyatı barədə Nizami Cəfərovla Akif Aşırlının fikirləri

Mühacirət ədəbiyyatı barədə Nizami Cəfərovla Akif Aşırlının fikirləri

Ədəbi̇yyat

31 Oktyabr 2013, 15:14

“Nizami Cəfərov ideologiya tariximizi yaxşı bilən alimlərimizdəndir. Amma mühacirət ədəbiyyatı ilə bağlı mənim mövqeyim başqadır”.

Bunu Modern.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru, mətbuat tarixi üzrə araşdırmaçı Akif Aşırlı bildirib.

Qeyd edək ki, akademik Nizami Cəfərov mühacirət poeziya və nəsr nümunələrini ədəbiyyat tariximizdə əhəmiyyətli hadisə olmadığını vurğulayıb.

A.Aşırlı isə "Mühacirətdə vətən nisgili ilə yazıb yaradan, Azərbaycan istiqlaliyyətini önə çəkən kifayət qədər sanballı əsərlər var. Məsələn, Məmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri mühacirətdə yazılıb və nəşr edilib. Nizami Cəfərov bu mövzuya hansı prizmadan yanaşıb, deyə bilmərəm. Amma bu dövr əsaslı şəkildə tədqiq olunmalıdır. Əbdülvahab Yurdsevəri,  Kərim Yaylıcanı, Gültəkini necə kənara qoya bilərik?! Onlar Cümhuriyyət dönəmində olan həyat iztirablarını qələmə alıblar. Almas Yıldırım kimi insanların əsərlərinə necə tarixi fakt kimi baxmayasan?! Ola bilsin ki, Nizami Cəfərov məsələyə “poeziya ideologiyaya tabe olmamalıdır” nəzəridən yanaşılıb. Ona qalsa, gərək sovet ədəbiyyatıından da imtina edək. Çünki onlarda da ideologiya var”, – deyə bildirib.

Elmin Nuri
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?