Modern.az

Yaşıl çay göz sağlamlığı üçün çox xeyirli imiş

Yaşıl çay göz sağlamlığı üçün çox xeyirli imiş

1 May 2010, 11:02

Alimlər təsdiq ediblər ki, antioksidant xüsusiyyətlərə malik yaşıl çay gözün toxumalarına daxil olub bir sıra göz xəstəliklərinin yaranmasının qarşısını alır.
Çin alimləri ilk dəfə müəyyən ediblər ki, gözün tor qişası və digər toxumaları yaşıl çayın tərkibindəki katexini udur, bu maddə isə qlaukoma və digər təhlükəli göz xəstəliklərini yayılmağa qoymur.
Bioloqlar laboratoriya siçovulları üzərində eksperiment aparıblar. Məlum olub ki, göz strukturları xeyli miqdarda katexin qəbul edir.
Yaşıl çayın tərkibindəki katexinin müsbət təsiri 20 saat davam edir. Göz həkimləri belə nəticəyə gəliblər ki, yaşıl çay oksidləşdirmə stressinin və deməli, qloukomanın qarşısını alır.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu