Modern.az

Rəssamlar İttifaqına qara ştrix

Rəssamlar İttifaqına qara ştrix

1 Noyabr 2013, 13:17


“Məlumatları, ittifaqın fəaliyyəti barədə xəbərləri almaqdan ötrü mütləq məsul katib Rafiq Kərimova müraciət etmək lazımdı. Özü də ancaq bura gəlməlisiz”. Bunu Modern.az-a açıqlamasında Rəssamlıq İttifaqının adını çəkmək istəməyən xanım referenti deyib. Anonim referent bunu deməsə də, qeyd olunmalıdır ki, İttifaqın media ilə əlaqədə ola biləcəyi mətbuat katibi hələ də yoxdur. Ümumiyyətlə, Rəssamlar İttifaqında indiyədək informasiya və ictimaiyyətlə əlaqə üzrə şöbəsi olmayıb.

Media qurumları yalnız quruma baş çəkərək “əlahəzrət” Rafiq Kərimovla birbaşa görüşməli və onun izni ilə qeydlərini aparmalıdırlar. Xanım referentə indi hansı əsrdə, hansı minillikdə yaşadığımızı deməyə hacət yoxdur. Kütləvi kommunikasiya vasitələrinin inkişafda hansı səviyyəyə çatmasını xatırlatma da eyni qəbildəndir. Modern.az olaraq bunu deyəcəyimiz halda yalnız Rəssamlar İttifaqının sədri Fərhad Xəlilova söyləmək gərəkdir. Amma onu da rəhbərlik etdiyi qurumda tapmaq müşkül məsələdir. Fərhad Xəlilov azad sənətkardır, elə rəhbərlik etdiyi yaradıcı təşkilat da özü kimidir: hamı sərbəstdir, işə gəlməkdə, işinə münasibətdə, ictimaiyyət və KİV-lə münasibət qurma məsələsində...”.  

Elmin Nuri
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?