Modern.az

Tiflisdə bütün Qafqaz qadınlarının geyimləri nümayiş olunur (fotosessiya)

Tiflisdə bütün Qafqaz qadınlarının geyimləri nümayiş olunur (fotosessiya)

1 May 2010, 17:08

Gürcüstanın paytaxtı Tiflis şəhərindəki TBS Bankda “Qafqaz qadınları və onların ənənəvi geyimləri” adlı sərgi açılıb. Modern.az-ın əməkdaşı xəbər verir ki, sərgidə tarixən Qafqazda yaşayan və sonradan Qafqaza köç etmiş 20-dən çox xalqın qadınlarının geyimləri nümayiş olunur. Geyimlərin müəllifi rəssam-etnoqraf Asmat Sagiridze sərgidə iştirak edən əməkdaşımıza bildirb ki, nümayiş olunan əl işləri onun 10-12 illik zəhmətinin bəhrəsidir: “10-12 il bundan əvvəl Qafqaz qadınlarının tarixini, etnoqrafiyasını  araşdırmağa başladım və maraqlı əsər də yazdım”.

Geyimlərdə ən xırda detalları belə unutmadığını deyən etnoqraf bunun üçün müxtəlif mənbələrə istinad etdiyini bildirib.

Qeyd edək ki, nümayiş olunan əsərlərdən 10-u Gürcüstanda yaşayan müxtəlif xalqların nümayəndəsi olan qadınlara, 20-si isə ümumilikdə Qafqaz qadınlarına məxsusdur. Tədbir  iştirakçıları Abxaz, Osetiya, Acariya, Azərbaycan, Ermənistan, kürd, yəhudi, avar, inquş, çərkəz və digər xalqların nümayəndələrinin ənənəvi geyimləri ilə tanış ola bilərlər.A.Sagiridze gələcəkdə belə bir sərgini Bakıda da keçirməyi planlaşdırır.

 

Azərbaycan qadını (Nuxa).

 

Çərkəz qadını.

 

Yezid qadını.

 

Naxçıvan ermənisi, müsəlman qadınlar kimi yaşmanıb.

 

İnquş qadını.

 

Dininə görə Rusiyadan sürgün edilmiş duxuborka.

 

Borçalıda yaşayan azərbaycanlı qadın.

 

Quba yəhudisi.

 

Karti qadını.

 

Döyüskən çeçen qadınının geyimində kişilərin geyiminə məxsus detallar var.

 

Avar qadını.

 

Azərbaycanda yaşayan udin qadını.

 

 Osetiya qadını.

 

Acariya qadını.

 

Abxaz qadını.

 

Sərginin müəllifi Asmat Sagiridze tamaşaçılara geyimlər barədə məlumat verir.

 

Lalə Musaqızı Tiflis, Gürcüstan

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu