Modern.az

Erməni plagiatlığı...

Erməni plagiatlığı...

25 Sentyabr 2009, 11:22

Azərbaycanın maddi və mənəvi sərvətlərinə qənim  kəsilən ermənilər tarixən bu sərvətləri oğurlamaqla məşğul olublar. Onlar həmişə qədim tarixə və mədəniyyətə malik Azərbaycan xalqından etdiklər oğurluqla öz mədəniyyətlərini yaratmaq istəyində bulunublar. Ermənilər mənsub olduqları xalqın kasadlığına bələd olduqlarından indi də maddi-mənəvi sərvətlərini Azərbaycanın mədəniyyət nümunələri hesabına formalaşdırmağa çalışırlar. Məhz bu səbəbdən  erməni musiqiçiləri tərəfindən ilk həmlələr Azərbaycan xalqının folkloruna və klassik bəstəkarların əsərlərinə yönəlib. Azərbaycan xalqının mədəni sərvəti hesab edilən «Vağzalı», «Yallı», «Üzundərə», «Mirzeyi», «Qazağı», «Tərəkəmə» kimi oyun havalarını, «Sarı gəlin» «Xan bacı», «Dəli Ceyran» kimi Azərbaycan xalq mahnılarını erməni musiqisi kimi öz adlarına çıxarmağa, «Əsli və kərəm», «Məlikməmməd» və digər dastan və nağıllarımızı, dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun «Arşın mal alan», «O olmasın, bu olsun» operettalarının, «Koroğlu» operasının müəyyən hissələrini erməni nümunələri kimi təqdim etməyə çalışıblar. Həmçinin Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayev İnternet səhifələrində erməni bəstəkarı kimi təqdim olunur. Bununla kifayətlənməyən  erməni sənətçiləri hətta müasir bəstəkarlarımızın əsərlərini də oğurlamaqdan çəkinmirlər.

Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, Azərbaycan xalq rəqs nümunələri əsasında düzənlənmiş və aranjeman edilmiş «Vokaliz» adlı musiqi toplusunu 2004-cü ildə Ermənistan televiziyasında Ermənistan Mahnı Teatrının solisti Varduhi Vardanyan erməni xalq musiqisi kimi təqdim edərək, həm «Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini (mənşənin düz göstərilməməsi), həm də «Vokaliz» musiqi toplusunun müəllifi və ifaçısı Brilliant Dadaşovanın hüquqlarını pozmuşdur. Üstəlik, «Vokaliz» Azərbaycan toplusu «Erməni mənzərələri» adı altında CD-yə yazılmış və satışa buraxılmışdır. Bundan başqa, bəstəkar Aygün Səmədzadənin bəstəsi olan  «Məktəb illəri» mahnısı 2002-ci ildə Ermənistanda keçirilən musiqi festivalında Manan adlı ifaçı tərəfindən ifa olunub. Mahnı erməni dilində və müəllif göstərilmədən səsləndirilib. Dünya musiqiçiləri arasında adı hörmət və ehtiramla çəkilən Fikrət  Əmirovun Azərbaycanın dahi şairi Hüseyn Cavidin sözlərinə bəstələdiyi «Kor Ərəbin mahnısı» da erməni əsəri kimi təqdim edilməkdədir. Erməni sənətçiləri Artur Səfəryan, Raç Keşişyan, Aram Avakyan və Gevorq Dabağyanın çəkdikləri «Mayrik» adlı klipdə əvvəldən axıradək bu mahnıdan istifadə edilib. Ancaq «Kor Ərəbin mahnısı» musiqi əsəri  1963-cü ildə Azərbaycan Müəllif Hüquqları Agentliyində rəsmi qaydada qeydiyyata alınıb.

Məlumat üçün bildirək ki, ermənilər özünküləşdirməyə çalışdıqları Azərbaycan mədəniyyət nümunələrini daha çox Rusiya Federasiyasında fəaliyyət göstərən səsyazma studiyalarında yazarıq yaymağa üstünlük verirlər.  Hətta məqsədlərinə nail olmaqdan ötrü bu ölkənin telekanallarından geninə-boluna istifadə eldirlər. Xatırladaq ki, Rusiya telekanallarında milliyytcə erməni olan çoxsaylı televiziya işçisi fəaliyyət göstərir. Belə ki, 15 sentyabr 2007-ci il tarixində Rusiya Federasiyasının ORT kanalında nümayiş etdirilən «Buz Dövrü» verilişində Azərbaycanın digər dünya şöhrətli bəstəkarı Tofiq Quliyevin «Sənə də qalmaz» adlı (sözləri Azərbaycanın xalq şairi Rəsul Rzanındır) çox məşhur musiqisi də erməni əsəri kimi təqdim edilmişdi. Araşdırmalar zamanı məlum olmub ki, «Armyannskiy tanets» adı ilə təqdim edilən musiqi erməni bəstəkarı Ara Gevorkyanın 1999-cu ildə ABŞ-ın «EYE REKORDS» şirkətində yazılmış «Ani» və Civan Qasparyanın «Maqiçeskiy duduk» adlı disklərindən götürülüb. Rusiyada aşkar olunan «the art of armenian duduk» («Maqiçeskiy Duduk») adlı digər bir diskdə erməni ifaçısı C.Qasparyanın ifa etdiyi kompozisiyalar toplanmışdır. C.Qasparyanın diskinə yazılmış 15 mahnıdan 8-i Azərbaycan müəllifləri: Tofiq Quliyev («Sənə də qalmaz»), Cahangir Cahangirov («Ay qız»), Rauf Hacıyev («Saçlarına gül düzüm»), Emin Sabitoğlu («Neyləyim»), Ələkbər Tağıyev («Nə gəlməz oldun» orijinal və instrumental variantda), və Eldar Mansurova («Gecə zəngləri», «Melodiya») aiddir. Sözügedən diskdə «Sənə də qalmaz» mahnısı «i have a word with a prayer» adı altında verilir, müəllifinin isə Mkrtç Malxasyan olduğu bildirilir.

Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, «Sənə də qalmaz» mahnısı keçən əsrin 50-ci illərinin əvvəlində yaranmış və 1955-ci ildə «Bakı» studiyasında istehsal edilmiş populyar Azərbaycan kinosu «Bəxtiyar» filmində dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun ifasında səslənib. Filmin videoyazısı Moskvada Rusiyanın Dövlət Film Fondunda saxlanılır. Azərbaycan Dövlət Film Fondunda isə bu filmin saxlanma kodunun nömrəsi 53S-16-dır. Bu mahnı 19 noyabr 1963-cü ildə Azərbaycan Müəllif Hüquqları Agentliyində qeydiyyata alınmışdır. Buna baxmayaraq erməni «sənətçiləri» hələ də öz musiqiləri kimi təqdi etmək məqsədilə Azərbaycan sənət əsərlərinin axtarışını davam etdirirlər.

Amma təkcə ermənilər deyil, istənilən millətin nümayəndəsinin  özünküləşdirməyə cəhd göstərdiyi Azərbaycan musiqilərindən  bu xalqın nəfəsi, adət-ənənəsi, illərdən süzülüb gələn  zümzüməsini silmək mümkün olmayacaq. 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi