Modern.az

Əhməd Davutoğlu: “Azəri qardaşlarımız üzülməyəcək”

Əhməd Davutoğlu: “Azəri qardaşlarımız üzülməyəcək”

2 May 2010, 17:12

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Londonda Oksford Universitetində “Dəyişən dünyada Türkiyənin xarici siyasəti” mövzusundaı beynəlxalq konfransda çıxış edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Davutoğlu Türkiyənin xarici siyasətinin aktual məsələləri kimi Ermənistanla münasibətlərin nizamlanması, eləcə də Ermənistan-Azərbaycvn, Dağlıq Qarabağ münaqişəsinin həlli probleminə toxunub. Davutoğlu qeyd edib ki, ölkəsi Ermənistanla sərhədlərin açılmasını, bütün qonşuları ilə inteqrasiya  istəyir. “Lakin Türkiyəni Ermənistanla sərhədi açması yetərli olmayacaqdır, biz Ermənistan – Azərbaycan sərhədinin də açılmasını istəyirik. Yalnız bu yolla regional sabitliyi təmin etmək olar”,- deyə Davutoğlu bəyan edib. Onun sözlərinə görə,  Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üçün Azərbaycan və Ermənistan arasında problem də həllini tapmalıdır.

 

Oksford Universitetinin Cənubi Şərq Avropa Çalışmalar İnstitutu (SEESOX)  və Sabançı Universitetinin birgə keçirdiyi konfransda çıxış edən Davutoğlu Türkiyənin qonşuları ilə yaxşı münasibətlərinin olması və AB üzvlüyü yolunda səylərinin davam etdirməsi vacibliyini bildirib. Davutoğlu bəyan edib ki, Türkiyə Qafqazlarda, Balkanlarda, Fars körfəzində təhlükəsiz bir bölgə və qonşular istəyir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir