Modern.az

"Freedom House”un medianın azad və qeyri-azad olduğu ölkələr barədə açıqlaması

"Freedom House”un medianın azad və qeyri-azad olduğu ölkələr barədə açıqlaması

Media

3 May 2010, 09:57

3 May Beynəlxalq Mətbuat Azadlığı günüdür. Modern.az  BBC-yə istinadən xəbər verir ki,  Amerikada mənzillənən “Freedom House” təşkilatı "Mətbuat Azadlığı araşdırmaları" adlı hesabatla çıxış edib. Hesabatda Mərkəzi Asiya və Qafqaz ölkələrində bu sahədə vəziyyətin pisləşdiyi bildirilir. Hesabatda Baltikyanı  dövlətləri (Estoniya, Litva, Latviya ) azad, keçmiş  Sovet ölkələri arasında isə yalnız Ukrayna və Gürcüstan media azadlığı sahəsində vəziyyət "qismən azad" qiyməti alıb. Özbəkistan, Türkmənistan, Tacikistan və Azərbaycan isə "qeyri-azad" ölkələr siyahısına aid edilib. Özbəkistana gəldikdə, bu ölkə medi azadlığının ən ağır vəziyyətdə olduğu 10 ölkə sırasında yer alıb.

Bundan başqa Jurnalistlərin Müdafiəsi Komitəsi (CPJ), Sərhədsiz Repyortyorlar təşkilatı və ATƏT-in Mətbuat azadlığı üzrə təmsilçiliyi bu gün ilə əlaqədər müxtəlif hesabat və bəyanatlarla çıxış ediblər. Eyni məlumata görə, Rusiya dünyanın ən repressiv və mətbuat üçün ən təhlükəli mühitə malik olan ölkələr sırasında qalır. Qırğızıstanın da bu sahədə göstəriciləri pisləşib və orada mənfi meyllər davam edir. Hesabata əsasən, Ukrayna, Ermənistan və Moldovada kiçik müsbət irəliləyiş gözə çarpır. Azərbaycan isə mətbuat azadlığının ən problematik vəziyyətdə olduğu ölkələr sırasına qalmaqdadır. Jurnalistlərin Müdafiəsi Komitəsi jurnalist Elmar Hüseynovun qətlinin tezliklə araşdırılmasına çağırıb. ATƏT-in Media Azadlığı üzrə yeni təmsilçisi Dunya Miyatoviç jurnalist Eynulla Fətullayevin dərhal azadlığa buraxılmasına çağırıb.

Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammerberq (Thomas Hammerberg)  öz növbəsində jurnalistlərin qətli probleminə toxunub. O, deyib ki, 3 may Beynəlxalq Mətbuat Azadlığı günü zorakılıq əməllərinin qurbanı olan Avropanın ən tanınmış təhqiqatçı jurnalistlərin taleyi barədə düşünməmək mümkünsüzdür. O, qəddarlıqla qətlə yetirilmiş Rusiya jurnalisti Anna Politkovskaya, Ukrayna jurnalisti Georgi Qonqadze, Azərbaycan jurnalisti Elmar Hüseynovun adlarını çəkib. Tomas Hammerberq bu ölkələrin hökümətlərindən həmin jurnalistləri qətlə yetirənləri və onların qətlinin sifarişçilərinin məsuliyyətə cəlb etmək üçün əllərindən gələni etməyə çağırıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı