Modern.az

QHT-lər üçün piar təlimləri keçiriləcək

QHT-lər üçün piar təlimləri keçiriləcək

3 May 2010, 10:44

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin mətbuatla əlaqələrinin qurulmasına aid aylıq silsilə təlimlərə başlayır.

Təlimlərdə iştirakçılara QHT-lərin müasir kütləvi informasiya vasitələri ilə əlaqələrinin qurulmasının və inkişaf etdirilməsinin nəzəri və praktiki əsasları haqda biliklər veriləcək, bu sahədə mövcud vəziyyət peşəkar mütəxəssislər tərəfindən analiz ediləcək.

 

Şuradan Modern.az-a bildirlib ki, təlimlərdə bütün QHT rəhbərləri və QHT-lərin PR işinə məsul şəxslər iştirak edə bilərlər. Təlimlərdə iştirak etmək üçün öncədən zəng vurub, təşkilatın və iştirakçı şəxsin adını bildirmək lazımdır. İlk təlim 20 may 2010-cu il saat 15.00-da Şuranın ofisində konfrans zalında keçiriləcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi