Modern.az

“Muğam 2013” müsabiqəsi başa çatdı - qaliblər məlum oldu - SİYAHI+VİDEO

“Muğam 2013” müsabiqəsi başa çatdı - qaliblər məlum oldu - SİYAHI+VİDEO

Mədəni̇yyət

7 Noyabr 2013, 00:13

Noyabrın 6-da Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə üç ay davam edən “Muğam televiziya müsabiqəsi–2013”ün final konserti keçirilib.

Modern.az saytı xəbər verir ki, tdbirdə Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında, təbliğində və inkişaf etdirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, muğam sənəti sahəsində yeni istedadların üzə çıxarılmasında Heydər Əliyev Fondunun böyük rolu olub.
O da vurğulanıb ki, Azərbaycan muğamı professional musiqi mədəniyyətimizin mühüm qolunu təşkil edir. Təsadüfi deyil ki, bu milli musiqinin bəşəri əhəmiyyətini nəzərə alan YUNESKO 2003-cü ildə onu bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsərlərindən biri elan edib.
Tədbirdə qeyd edilib ki, bu il avqustun 6-da Beynəlxalq Muğam Mərkəzində start verilən “Muğam televiziya müsabiqəsi-2013”ün Azərbaycan Televiziyası və Radiosu, eləcə də “Mədəniyyət” kanalı ilə canlı yayımlanması isə muğamsevərlər üçün əsl ərməğan olub.
Bildirilib ki, müsabiqəyə qatılan gənclər müxtəlif rayon və şəhərlərdə aparılan dinləmələrdə yaşıdlarından seçilən istedad sahibləridir. Ümumilikdə 500-dən çox gəncin iştirak etdiyi birinci turdan növbəti mərhələyə 48 iştirakçı vəsiqə alıb, onlardan isə 21-i Bakı səhnəsində çıxış etmək hüququ qazanıb. Artıq bir ənənəyə çevrilən və dördüncü dəfədir ki, keçirilən muğam televiziya müsabiqəsinin münsiflər heyəti də həmişə olduğu kimi peşəkarlardan ibarətdir.

Final gecəsuində də müsabiqənin münsiflər heyətinin üzvləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Mənsum İbrahimov, əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov və əməkdar incəsənət xadimi, müsabiqənin təşkilat rəhbəri Nadir Axundov iştirakçılara təqdim olunduqdan sonra söz muğama verilib.

“Muğam” instrumental ansamblının müşayiət ilə müsabiqənin final mərhələsinə çıxmış gənc ifaçılar Xətai Hacıyev, Gülnar Qüdrətli, Babək Quliyev, Ramiq Bayramov, Zümrüd Məmmədova, Sərxan Bünyadzadə və Mirpaşa Şükürov tamaşaçılar və münsiflər heyəti qarşısında bir daha imtahan veriblər. Onların bir-birindən gözəl ifaları tamaşaçıları heyran qoyub.
Gecədə obyektiv səbəblərdən müsabiqənin Naxçıvanda keçirilən növbəti mərhələsində iştirak edə bilməyən Murad Əbduləzimov və Ayşən Mehdiyevanın da ifaları dinlənilib.

Sonra münsiflər heyəti səhnəyə dəvət olunub, müsabiqənin qaliblərinin adları elan olunub və mükafatlandırma mərasimi keçirilib.

Müsabiqə iştirakçılarının 14 nəfərinə diplomlar təqdim edilib .

İştirakçılardan Murad Əbduləzimov və Ayşən Mehdiyeva “Tamaşaçıların rəğbəti” mükafatına layiq görülüb və onlara üzərində müsabiqə təşkilatçılarının emblemi olan qaval hədiyyə olunub.

Müsabiqənin münsiflər heyətinin yekdil qərarı ilə Sərxan Bünyadzadə birinci yerin sahibi olan olunub.

Xətai Hacıyev, Zümrüd Məmmədova ikinci, Ramiq Bayramov, Gülnar Qüdrətli və Babək Quliyev isə üçüncü yerləri tutublar.

“Muğam televiziya müsabiqəsi – 2013”ün 12 yaşlı iştirakçısı Mirpaşa Şükürov yarışmanın ən yüksək mükafatına - “Qran-pri”ə layiq görülüb.

Qaliblərə diplomlar və Azərbaycanın musiqi alətlərinin rəmzi olan qiymətli xatirə hədiyyələri təqdim olunub.

Münsiflər heyəti adından xalq Artisti Əlibaba Məmmədov bildirib ki, bu müsabiqə təkcə musiqi yarışması deyil. Bu müsabiqə Azərbaycan muğamlarına yeni nəfəslər, yeni ifaçılar gətirib.
Xalq artisti xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğamlarımıza yeni həyat verib və onun inkişafına, təbliğinə hər zaman yardımçı olublar.
Sonda qaliblər və diplomantlar birlikdə “Qarabağ şikəstəsi”ni ifa ediblər.




Müsabiqədə 1-ci yeri tutmuş Sərxan Bünyadzadənin ifası

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi