Modern.az

ATƏT-in baş katibi: "Dondurulmuş" münaqişələrin həllində irəliləyiş var

ATƏT-in baş katibi: "Dondurulmuş" münaqişələrin həllində irəliləyiş var

Dünya

8 Noyabr 2013, 00:44

ATƏT-in baş katibi Lamberto Zannier hesab edir ki, təşkilatın məsuliyyəti sahəsində "dondurulmuş" münaqişələrin nizamlanması prosesində müsbət dəyişikliklər baş verir. Trend-in məlumatına görə, bu barədə baş katib İTAR-TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə razılığın əldə edilməsi vacib addım oldu:

"Biz Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə müzakirələr aparırıq. Hazırda Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsi üzərində çalışırıq. Ümid edirəm ki, bu görüş ilin sonunadək baş tutacaq".

L.Zannierin sözlərinə görə, ATƏT-in vəzifəsi tərəflərin siyasi nizamlama yolunda irəliləmək niyyətini dəstəkləmək və digər alternativlərə baxmamaqdan ibarətdir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir