Modern.az

"Başıbəlalı müğənnilərin ekrandan duşməməsi bizi çox narahat edir"

"Başıbəlalı müğənnilərin ekrandan duşməməsi bizi çox narahat edir"

3 May 2010, 16:48

“Son zamanlar teleradio məkanında keyfiyyətli proqramlarla  bağlı ciddi hazırlıqlar gedir. Düşünürük ki, bu işi hansı formada etsək, cəmiyyətin xeyrinə olar. Biz sənət xatirinə kanal açmaq fikirində deyilik. Sadəcə, televiziya və radio kanallarında keyfiyyətli verlişlətin azlığı, şou-biznes xarakterli verlişlərin çoxluğu, verlişlərdəki sünilik, bəsitlilik, bəzən cəmiyyətdə o qədər də nüfuzu olmayan adamların tez-tez ekranlarda görunməsi cəmiyyətə örnək kimi təqdim olunması, xüsusən başıbəlalı müğənnilərin ekrandan duşməməsi bizi çox narahat edir. Buna görə də çalışırıq ki, daha ciddi tədbirləri görək və xüsusi “Mədəniyyət” telekanalı açaq”.  Bunu jurnalistlərə açıqlamasında Muilli Teleradio Şurasının sədri Nüşrəvan Məhərrəmli bildirib. O qeyd edib ki, yeni mədəniyyət telekanalı barədə düşunurlər: “Əgər ortaya bir şey qoyulacaqsa, çox keyfiyyətli olmalıdır. Ona görə hesab edirik ki, həm maliyyə, həm maddi-texniki baza, kadr məsələsini götur-qoy eək. Çalışırıq ki, hansısa formada dövlətin burada dəstəyi olsun. Çünki dövlətin dəstəyi olmadan bunu etmək fikrində deyilik”.

Şura rəhbəri qeyd edib ki, planlaşdırılan telekanal yalnız mədəniyyətlə bağlı bir kanal olcaq: “Hazırda telekanallarda ən çox şou-verilişlər üstünlük təşkil edir. Yeni açılacaq telekanalın verilişlərinin 90%-i mədəniyyətlə bağlı olacaq. Biz artıq hazırlıq mərhələsindəyik. Yaranacaq telekanalın özəl, yaxud dövlətin dəstəyi nəticəsində fəaliyyəti barədə fikirləşirik. Mədəniyyət telekanalının bu il fəaliyyətə başlayacağı gözlənilir”.  

N.Məhərrəmli ölkədə "Nərgiz" TV adlı yeni telekanalın açalıcağı barədə məlumatı da təkzib edib.

Mail Ağaxanov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir