Modern.az

Ermənilər Senat qarşısında aksiya keçirəcək

Ermənilər Senat qarşısında aksiya  keçirəcək

Dünya

3 May 2010, 17:39

Fransada erməni təşkilatları Koordinasiya  Şurası bütün erməni əsilli fransızlara müraciət edərək onları mayın 18-də Senat qarşısında toplaşmağa çağırıb. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, erməni diasporu Senatdan  Osmanlı Türkiyəsində “ermənilərin soyqırımı”nı inkar edənlərin cəzalandırılması barədə qanun layihəsinin qəbul olunmasını tələb edir. Fransada nəşr  olunan erməni “Les Nouvelles d’Arménie” qəzetinin yazdığına görə,  Fransa Milli Assambleyası 2006-cı ilin oktyabrında belə bir qanunu qəbul  etməklə ilk addım atıb. O, vaxtdan bu günə  kimi proses Senatda dondurulub. Erməni mətbuatının iddiasına görə, güya parlamentdə təmsil olunan partiyalar sənədin qanunverici  orqanın yuxarı palatasında müzakirəsini dəstəkləyir. “Lakin heç kim yerindən tərpənmir. Məsələnin Senatın gündəliyinə salınması üçün heç kimdə cəsarət yoxdur”,-deyə adı çəkilən qəzet narazılıqla bildirir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər